Bəndin suyu çəkildi, tarixi körpü üzə çıxdı - FOTOLAR

Bəndin suyu çəkildi, tarixi körpü üzə çıxdı - FOTOLAR

Gümüşhanenin Torul rayonunda enerji istehsalı üçün qurulan Torul Anbarındakı su quraqlıq səbəbindən çəkilib.

 

Sfera.az xəbər verir ki, bənddəki sular çəkildikdən sonra 17-ci əsrin sonlarında tikildiyi təxmin edilən, hündürlüyü 14 metr olan tarixi daş körpü üzə çıxıb.

Bundan əlavə, suların çəkilməsi rayonda vətəndaşların gediş-gəlişi üçün yeni ərazi də yaradıb.

 

Vətəndaşlar bildirib ki, suların tamamilə çəkildiyi və körpünün üzə çıxdığı andan etibarən hər gün buradan keçib, səhər gəzintisi edirlər:

“Biz bəndin ətrafında bu təbii və tarixi gözəllikdən zövq almağa çalışırıq. Bənd su ilə dolanda da bura başqa bir gözəlliyə malik olur. Ancaq, təəssüf ki, su dolanda körpüdən keçə bilmirik”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR