Madonna üzr istədi, pərəstişkarları isə razılaşmır: “Pulumuzu qaytarsın”

Madonna üzr istədi, pərəstişkarları isə razılaşmır: “Pulumuzu qaytarsın”

Pərəştişkarları konserti tez yekunlaşdırdığına görə Madonnadan pul tələb edirlər.

 

Sfera.az xəbər verir ki, Madonnanın iyun ayında ciddi bakterial infeksiya səbəbi ilə müalicə olunduğu üçün təxirə salınan "Celebration" adlı konsert turu şənbə günü gerçəkləşib.

 

Konsertin ikinci günündə "Pop musiqisinin kraliçası" ləqəbli 65 yaşlı müğənninin pərəstişkarları məyus olublar. Londondakı O2 Arenada konsertinə gec başlayan Madonna gecə saat 23:00-da qəfildən konserti bitirib.

 

Musiqi siyahısındakı dörd mahnını oxunmadan konsertin qəfil başa çatması pərəstişkarlarını qəzəbləndirib.

 

Konsertin erkən bitməsinin tətbiq olunan vaxt məhdudiyyəti ilə əlaqəli olduğu deyilsə də, tamaşaçılar bildiriblər ki, Madonna vaxtında səhnəyə çıxsaydı, iki saatlıq şousunu tamamlamağa vaxt tapacaqdı.

 

Əvvəllər “Twitter” kimi tanınan “X” platformasında Madonnanı tənqid edən qəzəbli azarkeşlər bilet pullarının geri qaytarılmasını tələb ediblər.

 

Qeyd edək ki, Madonnanın şənbə günü konserti də səs sistemindəki texniki problemlərə görə erkən bitib və Madonna səhnədə yaşanan çətinliklərə görə üzr istəyib.

 

Avropa və Amerikanı əhatə edən “Celebration Tour”un aprel ayına qədər davam edəcəyi gözlənilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR