Narkotik və şan-şöhrət dünyasının məhv etdiyi TÜRK GÖZƏLİ

Narkotik və şan-şöhrət dünyasının məhv etdiyi TÜRK GÖZƏLİ

O, hələ 1974-cü ildə “Saklambaç” qəzetinin təşkil etdiyi "Miss Cinema" müsabiqəsinin birincisi olub.
 

Sfera.az bu yazıda sizə hələ 15 yaşında ikən “Miss Cinema” seçilən və ümidverici gələcəyinə baxmayaraq həyatı marixuana ilə alt-üst edilən Türkiyə gözəli Melek Ayberk haqqında yazı təqdim edir.
 

Kino üçün yeni sima, yeni nəfəs sayılan Melek ardıcıl çəkildiyi filmlərlə Yeşilçamda özünə yer qazanıb. Cüneyt Arkın, Kadir İnanır, Serdar Gökhan, Arman Aytaç kimi məşhur aktyorlarla baş rolu paylaşıb.


1994-cü ildə isə cəmi 35 yaşı olanda çıxa bilmədiyi narkomaniya batağı onun ölümünə səbəb olub.


Bu gün məşhur proqramların və yarışmaların nə qədər zərərli olduğunu bir növ Melek Ayberk vasitəsilə də izah etmək olar. Başqa həyatlar sönməsin deyə...


1959-cu ildə Ankarada anadan olub, orta məktəbi bitirdikdən sonra “Saklambaç” qəzetinin təşkil etdiyi “Miss Cinema” müsabiqəsində iştirak edib. 15 yaşında orta məktəbi yenicə bitirəndə Yeşilçamda parlayıb.

Onun belə erkən yaşda həyata başlamaq üçün o qədər səbəbləri olub ki: sadist ögey ata, qayğısız və sevgisiz ev, laqeyd ana və laqeyd ər...


1980-ci ildə “Həyat” jurnalına verdiyi müsahibədə həyatının əvvəldən axıra qədər dramla dolu olduğunu açıqlamışdı. Altı yaşında ikən anası və atası ayrılıb. Melek fəhlə olan anası və iki kiçik bacısı ilə birlikdə yaşayıb. Kasıb, amma xoşbəxt idi ta ki anası yenidən evlənənə qədər...


“Uşaqlıqdan sevgini heç vaxt tanımamışam, şəfqət nədir görməmişəm. Bir gün belə gülməmişəm, bu qədər gülənlərə heyran olmuşam...”
 



Ögey atası sadist idi və tez-tez zorakılıq edirdi. Melek Ayberk o günləri belə təsvir edib: “Əlindəki cəngavər üzüklə üzümə vurur, qulaqlarımdan tutub havaya qaldırırdı. Anam hərdən araya girib soruşurdu ki, qızım, sənin nə günahın var? Mən isə ağlayaraq “bilmirəm, ana...” deyirdim. Bir gün ögey atam məni İzmirdə parka gəzməyə apardı. Məni bir küncdə oturtdurdu. “Sən burada gözlə” dedi. Bir az sonra polislər onu aparmağa gəldi. Məlum oldu ki, mənim ögey atam cibgir olub. Polis bölməsində atama:

“Utanmırsan, barmaq boyda uşağı cinayətinə alət edirsən?” deyib məni buraxdılar. Atam həbsxanaya getdi, mən isə evə gəldim...”

 

Ağıllı və zəhmətkeş şagird olmasına baxmayaraq, Mekek məktəbi tərk etməli olub. Çünki işləməli idi..


Təbii ki, ögey atasının qəddarlığı davam edirdi. O, Melek Ayberki evlənməyə məcbur edib. Həyat yoldaşı marixuana aludəçisi, qayınanası isə qadın alveri ilə məşğul olan bir şəxs idi. Onlardan bir pislik görməsə də, bu ağır həyat şərtlərinə daha dözə bilməyib anasının yanına qaçıb, sonra da boşanıb.


Anasının yanına köçdükdən sonra kiçik tədbirlərə gedir, tanış olduğu qruplarla vaxtının diskotekalarında əylənirdi. Bir gün Ankarada diskotekada dostunun təklif etdiyi marixuana siqaretini əlinə götürməklə öz sonunu hazırladı:

 

“İlk çəkdiyim siqaret məni xəyali xoşbəxtlik axtarmağa sövq etdi. İndi gündə iki-üç marixuana siqareti çəkirdim. Bu siqaretlər mənə müvəqqəti xoşbəxtlik verirdi."
 

Sürətli yüksəliş və sonra böyük bir qəza...


Melek 1974-cü ildə bir yarışma proqramı ilə Yeşilçamın sehrli dünyasına atılıb. O, Cüneyt Arkın, Kadir İnanır, Serdar Gökhan, Aytaç Arman kimi adlarla rol alıb, lakin buna baxmayaraq, demək olar ki, pul qazana bilməyib. O, Türkiyəni İtaliyada təmsil etmək istəyirdi, lakin yaşı çatmadığından və ailəsi buna imkan vermədiyindən fürsət tapa bilməyib.

“Gedə bilsəydim, yəqin ki, həyatım dəyişəcəkdi” deyərək o günlərin acısını yaşayırdı.
 

Yeri gəlmişkən, “Aşk-ı Memnu” televiziya filmində öpüşmədiyim üçün rolumu Müjde Araya verdilər və mənim sayəmdə Müjde Ar adlı bir insan dünyaya gəldi”.
 

Hər dəfə üzə çıxarmağa çalışdığı sirr onu günü-gündən əsir alırdı. Müalicə üçün klinikada qalmağın da faydası olmayıb.


Qaraciyəri böyüyən Melek Ayberk xəstəxanadan çıxanda özünə söz verdiyi halda yenidən marixuanadan istifadə etməyə başlayıb.

 

Elə-belə həvəs üçün başladığı narkotiki satması və həbsə düşməsi isə onun sonunu gətirdi.

Melek Ayberk 35 yaşında dünyasını dəyişib. Sevgi almadığı dağılmış ailəsi, yanlış meylləri və heyran olduğu dostları səbəbindən asılı və bədbəxt bir həyat yaşayaraq, çox erkən yaşda dünyasını dəyişib.

 


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR