Bütün ömrü boyu seks köləliyinə məcbur edilən qadın - FOTOLAR

Bütün ömrü boyu seks köləliyinə məcbur edilən qadın - FOTOLAR

İkinci Dünya Müharibəsi zamanı Yaponiya ordusu öz cinsi ehtiyaclarını ödəmək üçün təxminən 20.000 Koreyalı qadını cinsi köləliyə məcbur edib. Bu dəhşətli hadisədə iştirak edən qadınlara "Rahatlıq Qadınları" deyirdilər. 

 

Sfera.az bu yazıda “Rahatlıq Qadınları”ndan biri olan Kim Bok-Donqun acı taleyini təqdim edir. 

 

“Onlar bizə nə istəsələr, edə bilərdilər”.

1926-cı ildə Cənubi Koreyada anadan olan Kim Bok-Dong o illərdə Koreya Yaponiyanın himayəsində olduğu üçün onlara istədiklərini etməyə məruz qaldıqlarını deyib. Hətta məktəblərdən oğlan tələbələri də götürüb “tələbə əsgərlər” adı ilə yapon ordusuna cəlb edirlər. Kim Bok-Donqun sözlərinə görə, yaponlar koreyalıların evlərinə soxularaq qızları zorla aparırlar. Anası götürülmək istənən balaca Kim Bok-Donqa əsgərlər üçün forma tikmək üçün fabrikə aparılacağı deyilib. Balaca qız getmək istəmədiyini desə də, bütün əmlaklarını müsadirə etməklə hədələndikləri üçün getməyə qərar verir.

 

“Məni 18-19 yaşlı qadınlarla gəmiyə mindirdilər”.

 

 

Fabrikdə işləsə, heç olmasa ölməyəcəyini düşünən 14 yaşlı Kim-Bok Donq bir gecə limana aparılır. Onları 30-32 nəfərlik gəmiyə mindirirlər, hamısı təxminən 18-19 yaşlarında qadınlar olur. Nə baş verdiyini anlamaycağı yaşda olan Kim-Bok Dongun, bu qızlar arasında ən gənc insan olduğu ortaya çıxır.

 

“Otaqlarda cinsi əlaqədə olan insanları görə bilirdim”.

 

Uzun bir gəmi səfərindən sonra onları endikləri yerdə yüksək rütbəli yapon məmurları qarşılayır. Sonra onları müayinə edib otaqlarına göndərirlər və Kim Bok-Dong öz otağında olarkən belə, baş verən hər şeyi görə bilir.

 

"Mədəm o qədər zədələnmişdi ki, hələ də yeməyi həzm etməkdə çətinlik çəkirəm".

Otaqdan sürüklənərək və döyülərək çıxarılan Kim Bok-Dong ilk dəfə həmin gün orada zorlanıb. Onu öz otağına aparanda digər qızların ağladığını görür. Onlar öz aralarında necə belə yaşaya biləcəkləri və hətta ölümün daha yaxşı seçim olması barədə ümidsizliklə danışırlar. Çox miqdarda spirtli içki qəbul etsələr ölə biləcəklərini düşünən qızlar Kim Bok-Donqun anasının onlara yemək almaq üçün verdiyi pulla spirtli içki içərək intihara cəhd edir. Spirtli içki qəbul edərək huşunu itirən qızları tapıb xəstəxanaya aparırlar, mədələrini yuyurlar. Kim Bok-Dongun sözlərinə görə, həmin gün içdikləri spirt onun mədəsini o qədər zədələyib ki, hələ də həzm problemi var.

 

“Nə olursa olsun, yaşamalıyıq ki, nə baş verdiyini deyə bilək”.

 

Bütün çətinliklərə rəğmən sağ qalan güclü qadın Kim Bok-Dong baş verənləri hər kəsə çatdırmaq üçün həyata tutunmağa qərar verir. Dəhşətli proses günorta saatlarında başlayır və bəzi günlər günorta saat 12-dən axşam 6-ya qədər, bəzi günlər isə səhər saat 8-dən axşam 5-ə kimi fasiləsiz davam edir. Yeriyə bilməsə belə, hər şeyə boyun əyəndə döyülmədiyi üçün etiraz belə etmir. Günün sonunda həkimlər gəlib “Rahatlıq Qadınları”nın zədələnmiş hissələrini müalicə edirlər.

 

“Bizi hərbi hospitalda işləyən tibb bacısı kimi təqdim edirdilər”.

 

Yapon əsgərlərinin törətdiyi iyrəncliklərin üzə çıxmaması üçün “İstirahət Stansiyaları” adlı seks köləliyi məntəqələrinə sürüklənən qadınlar tibb bacısı kimi göstərilir. Bir gün xəstəxanaya zərbə vurulur və oradakıların hamısı Amerika həbs düşərgəsinə göndərilir. Səlahiyyət olmadığından qadınlara hara istəyirlər gedə biləcəklərini deyirlər, amma qadınlar çarəsizlikdən hara getdiklərini belə bilmirlər.

 

“Onlar elə bilirdilər ki, bütün bu illər ərzində fabrikdə işləmişəm”.

 

Qaçqın qayığı bir neçə gün sonra gələndə Kim Bok-Dong Koreyaya qayıdır və ailəsi ilə qovuşur. Orada nə qədər qaldığının belə fərqində olmayan qadın ailəsindən soruşduqda düz 8 ildir yaponların seks köləsi olduğu ilə üz-üzə gəlir. Yaşadıqları o qədər ağır olur ki, hər şeyi danışmaq istəsə də, heç nə danışa bilmir. Ailəsi onun bütün bu müddət ərzində fabrikdə işlədiyini düşünüb. Uzun müddətdən sonra Kim Bok-Dongun anası onun evlənmək istəmədiyini öyrənəndə və ondan bunun səbəbini soruşanda qızı hər şeyi etiraf edir. Anası bu barədə heç kimə demir, amma psixologiyası çox pisləşir və bir müddət sonra infarkt keçirərək dünyasını dəyişir. Bu faciədən təkcə cinsi köləliyə məcbur edilən qadınlar deyil, onların ailələri də çox sarsılır.

 

"Yalnız 60 yaşım tamam olanda öz hekayəmi hamıya danışmağa cəsarət tapdım."

 

Təbii ki, illərlə bu dəhşətli həqiqətlərlə yaşayan Kim Bok-Dongun qəzəbi və kədəri heç vaxt sönmür. 60 yaşı tamam olanda faktları gizlətməyi dayandırır. O deyir ki, Yaponiya və Koreya arasında təzminat razılaşmasına baxmayaraq, istədiyi yeganə şey Yaponiyanın rəsmi üzr istəməsidir. Kim Bok-Dong müsahibələrindən birini belə yekunlaşdırıb: “Əgər təzminat ala bilsəydim, pulu imkansız tələbələr üçün istifadə edərdim. Çünki tələbə olmalı olduğum vaxt sürgünə göndərildim və seks köləsi oldum”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR