"Tesla" şirkətinin qurucu ortaqlarından JB Straubeli Bakıdakı sammitdə iştirak edəcək

"Tesla" şirkətinin qurucu ortaqlarından JB Straubeli Bakıda keçiriləcək "InMerge" Innovasiya Sammitində iştirak edəcək.

 

Bunu Sfera.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas deyib:

 

"Tesla" şirkətinin qurucu ortaqlarından sayılan amerikalı biznesmen JB Straubeli-nin Bakıda keçiriləcək "InMerge" Innovasiya Sammitində iştirakı təsdiqlənib. 

 

Qeyd edim ki, bu konfrans üçün "Apple"ın qurucu ortaqlarından olan Stiv Vozniak da Bakıya gələcək. 

 

"InMerge" Astronavtika Konqresindən sonra keçiriləcək regionun önəmli innovasiya tədbirlərindən biridir. Biletlər Astronavtika Konqresi qədər baha olmasa da yenə də adi şirkət əməkdaşları üçün yüksək sayılır. Bu səbəbdən iri şirkət rəhbərlərinə müraciət edirəm ki, dəyər verdiyiniz şirkət əməkdaşlarını bu tədbirə göndərin, onlara yatırım edin. Əmin olun, bu ən yaxşı yatırımlardan biri olacaq”.

 

Qeyd edək ki, regionun ən böyük innovasiya sammiti olan "InMerge Innovation Summit"I 30 noyabr və 1 dekabr tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə keçiriləcək.Artıq 3-cü ildir ki, təşkil olunan bu tədbir innovatorları, aparıcı texnologiya şirkətlərini, liderləri, startapları və eləcə də investorları bir araya gətirərək onlarla əlaqə yaratmaq, innovasiya ekosisteminə inteqrasiyalar etmək məqsədi daşıyır.Tədbirdə "Trendyol" şirkətlər qrupunun prezidenti Çağlayan Çetin, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, məşhur TED spikeri Michael Ringel və sahəsində özünü təsdiq etmiş onlarla şəxs də iştirak edəcək.Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və daha bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr aparılacaq və seminarlar baş tutacaq.
 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...