\"iPhone 15\"lə bağlı yeni şikayətlər: Wi-Fi bağlantısı kəsilir, tətbiqlərin...
11:02 / 10.10.2023
3359
Son həftələrdə iPhone 15 istifadəçilərindən çox qızma şikayəti alan "Apple" şirkəti "iOS 17"yə göndərdiyi proqram yeniləməsi ilə bu problemi həll etdiyini açıqladı.
İstifadəçilər indi də Wi-Fi bağlantılarının kəsilməsindən şikayətlənirlər.
Sfera.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrdə yazıb.
Məlumata görə, bəzi "Apple" istifadəçiləri telefonunu "iOS 17"yə güncəllədikdən sonra Wi-Fi problemləri ilə üzləşdiklərini bildirdilər.
Şikayətlər arasında tətbiqlərin məzmunu yükləyə bilməməsi və ya əlaqənin çox yavaş olması var.
Firuzə Əliyeva