Milyonlarla dollar versələr belə, getmək istəməzsiniz - Dünyanın ən təhlükəli şəhərləri
İstənilən şəhərin təhlükəsizliyi həm turistlər, həm də sakinlər üçün ən vacib meyarlardan biridir, çünki hər kəs yaşadığı şəhərin küçələrində gəzərkən özünü dinc və təhlükəsiz hiss etmək istəyir. Bundan əlavə, tətil planları qurarkən, rahat hərəkət edə biləcəyimiz yerləri seçmək istəyirik. Dünyada bu kriteriyalara cavab verən bir çox şəhərlər var, amma əksinə, sizə pul ödəsələr belə, addım atmaq istəməyəcəyinizdən əmin olduğumuz şəhərlər də var.
Çünki bu bölgələr qətl, narkotik və böyük terror hücumları kimi cinayətlərin sayına görə dünyanın ən təhlükəli şəhərləri sırasındadır.
Sfera.az son günlər artan terror, partlayışlar və müharibələr fonunda dünyanın ən təhlükəli hesab edilən 10 şəhərini təqdim edir.
1. San Pedro Sula (Honduras)
San Pedro Sula dünyanın ən təhlükəli şəhəri kimi tanınır, çünki bu şəhərdə hər il təxminən 100 min insandan 169-u öldürülür. Bu məlumatlarla San Pedro Sula dünyada qətl nisbəti ən yüksək olan şəhərlər siyahısında birinci yerdədir. Ona görə də bir çox turizm şirkətləri və təşkilatları turistlərə bu şəhərə getməməyi tövsiyə edir.
2. Karakas (Venesuela)
Venesuelanın paytaxtı Karakas əslində bir çox cəhətdən ölkənin ürək döyüntüsü hesab edilən şəhərdir, lakin şəhərdə törədilən vəhşi qətllər Karakası dünyanın ən təhlükəli şəhərləri siyahısına salıb. Şəhərdə illik qətl nisbəti 100 min nəfərə 99 olaraq qeyd edilir.
3. Pişəvər (Pakistan)
Pakistanın Pişəvər şəhərində çoxlu tayfalar yaşayır. Bu qəbilələr arasında hökmranlıq uğrunda gedən mübarizələr Pişəvəri ən təhlükəli şəhərlərdən birinə çevirir. Bu ərazi xüsusilə şəhərə gələn əcnəbilər üçün təhlükəlidir. Şəhərdə bu məsələ ilə bağlı tədbir görülməsinə çalışılsa da, tayfalar arasında silahlı hücumlar və bombardmanlara görə Pişəvər dünyanın ən təhlükəli şəhərləri sırasındadır.
4. Cali (Kolumbiya)
Narkotik mafiyaları tərəfindən girov götürülən Kolumbiyada yerləşən Cali (Kali) bu vəziyyətdən payını alan şəhərlərdəndir. Həm narkotik ticarəti, həm də ildə orta hesabla 80 qətl hadisəsi ilə təhlükəli şəhərlər siyahımızdadır. Bu səbəbdən Kali uzun illər turistlərin gəlişi olmayacaq bir şəhər olaraq qalmağa davam edəcək kimi görünür.
5. Maceio (Braziliya)
Alaqoas əyalətinin paytaxtı Maceio da dünyanın ən təhlükəli şəhərləri siyahısında yüksək cinayət nisbətinə malikdir. İldə 100 min adama 135 qətl şəhərin nə qədər təhlükəli olduğunu izah etmək üçün kifayətdir.
6. Akapulko (Meksika)
Əslində möhtəşəm çimərlikləri ilə dünyanın ən yaxşı istirahət məkanlarından biri olmalı olan Akapulko tamamilə narkotik mafiyalarının əlinə keçib. O qədər ki, cənnət çimərliklərində bir ovuc turistdən başqa heç kim yoxdur. Bu liman şəhərində törədilən qətllər və çox vaxt ətrafda qalan cəsədlər Akapulkonun gözəlliyinə xələl gətirir.
7. Distrito Central (Honduras)
Dünyadakı qətl nisbətlərinə baxdıqda, Hondurasdakı Distrito Central şəhəri də siyahının başındadır. Törədilmiş qətllər və zorakı cinayətlər səbəbindən Distrito Centralda yaşamaq və ya ziyarət etmək təhlükəsiz deyil.
8. Barquisimeto (Venesuela)
Venesueladan başqa bir şəhər də siyahıdadır. Bir milyondan çox əhalisi olan çox izdihamlı bir şəhər olan Barquisimetoda demək olar ki, hər gün yeni bir qətl törədilir. Əslində, bölgədə bir çox universitetin olması sayəsində təhsil səviyyəsinin ətraf şəhərlərdən yüksək olduğu şəhər hələ də dünyanın heç kimin ziyarət etmək istəmədiyi ən təhlükəli yerlərindən biridir.
9. Nayrobi (Keniya)
Təbii gözəllikləri ilə turistlərin sevimli məkanı olmalı olan Keniya, təəssüf ki, şiddət hadisələrinin ən çox baş verdiyi ölkələrdən biridir. Keniyanın Nayrobi şəhəri də bu hadisələrdən öz payını alıb. Turistlər xüsusilə son illər sülh və təhlükəsizlik baxımından kifayət qədər təhlükəli olan şəhərə getməyə üstünlük vermirlər. Qadınların gecələr küçədə dolaşması da çox təhlükəlidir. Bundan əlavə, Nayrobidə yaşayan insanlar vaxtaşırı “Əş-Şəbab” yaraqlıları tərəfindən təhdid edilir.
10. Karaçi (Pakistan)
Hind okeanının sahilində yerləşən və çoxlu əhalisi olan Kəraçi tez-tez terror aktları ilə gündəmdə olan bir şəhərdir. Bu hadisələr Pakistandakı bu şəhəri dünyanın ən təhlükəli şəhərləri sırasına çevirir.