1933-cü ildə törətdikləri qətllə bütün Fransanı bu gün də şoka salan Papin Bacıları

1933-cü ildə törətdikləri qətllə bütün Fransanı bu gün də şoka salan Papin Bacıları

1933-cü il fevralın 2-də Fransada baş verən bu hadisə bu gün də bütün Fransanı silkələyir…
 

Papin bacıları qətlə yetirdikləri ev sahibi və qızının gözlərini hələ diri ikən oyublar.

Sfera.az inanması çətin olan hadisələrdən birini təqdim edir.


1933-cü il fevralın 2-də Fransada baş verən bu hadisə bu gün də bütün Fransanı silkələyir.

 

Hadisənin baş qəhrəmanları Kristin Papin və Lea Papin adlı iki bacıdır...

 

Bu iki bacı Fransada bir evdə qulluqçu işləyiblər.

Fevralın 2-də 7 il itaətkar və şikayətsiz işlədikləri bu evdə şok hadisə baş verir...
Papin bacıları evin xanımını və qızını vəhşicəsinə qətlə yetirirlər.

Üstəlik, bu, sıradan bir qətl hadisəsi olmayıb...

 

Papin bacıları ilk öncə qurbanlarının gözlərini hələ sağ ikən çıxarırlar.


Daha sonra onlar çəkic və bıçaqla qurbanlarını öldürüblər. Bu hadisəni o qədər dəhşətli ediblər ki, qurbanları tanınmaz hala salıblar...
İşlədikləri 7 il ərzində heç vaxt problem yaratmayan Papin bacılarının nəyə görə belə bir şey etdiklərini anlamaq üçün gündəlik həyatları araşdırılır.


Məlum olub ki, Papin bacıları heç vaxt işlərindən şikayət etmirlər və boş vaxtlarında kilsəyə gedirlər.
 

Kənardan adi görünən bacılar qətli törətdikdən sonra da qaçmayıb və yataqda çılpaq və bir-birini qucaqlamış şəkildə tapılıb.


Belə tutulduqları üçün onların lezbiyan və ensest əlaqəsi olduğu düşünülür.


Papin bacılarından biri olan Kristin ömürlük həbs cəzasına məhkum edilir, lakin sonradan ruhi xəstəxanaya yerləşdirilir.


1937-ci ildə orada vəfat etmişdir.

 

Digəri Lea həbsdən çıxandan sonra şəhərdə məskunlaşaraq, ölənə qədər burada yaşayıb.


Fransada inanılmaz reaksiya alan bu hadisədən sonra Genet, Sartr, Lacan kimi ziyalılar təsirlənərək əsərlər yaradıblar.

 

Aynur

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...