Dəli kimi sevən bürclər: Sizi dəyərli hiss etdirəcəklər!
Doğru insanla tanışlıq dəyərli olmaq və özümüzü dəyərli hiss etmək üçün bizə kömək edir.
Sfera.az bildirir ki, sevgi həyatını dolu-dolu yaşayan, qarşısındakı insanı xoşbəxt hiss etdirən bürclər də var. Onlarla bağlı məlumatı təqdim edirik.
Qoç bürcü - Aqressivliyi ilə məşhur olan bu bürclər sevgi məsələsində tamamilə fərqli birinə çevrilə bilər. Onlar aşiq olanda heç nəyə əhəmiyyət vermir, sadəcə sevgilərini göstərməyə çalışırlar. Münasibətlərində fədakarlıq etməkdən çəkinmirlər. Qoç bürcünün nümayəndələri həm də ehtiraslı olurlar. Bəzən həddən artıq qısqanclıq göstərirlər, amma azadlıq onlar üçün də çox önəmlidir.
Tərəzi bürcü - Kənardan çox ağıllı görünə bilərlər. Bu isə yanlış nəticələrə səbəb olur. Amma tərəzilər axtardıqları insanı tapdıqlarına inandıqda, ona sonsuz sevgi verirlər. Münasibətlərdə tərəzinin mübahisə etdiyini görmək çox çətindir. Mübahisələrdən qaçan bu bürcün nümayəndələri incitməkdən qorxurlar. Əgər sizinlə dava etmirlərsə, bu, əhəmiyyət vermədikləri üçün deyil, sizi sevdikləri üçündür.
Balıqlar bürcü - Sevgidə bütün zəifliklərini büruzə verir, özlərini təslim edirlər. Onlar müəmmalı davranmağı bacarmır, özləri haqqında hər şeyi ortaya qoyurlar. Buna baxmayaraq, balıqların nə düşündüyünü bilmək mümkün deyil.
Əkizlər bürcü - Həqiqətən sevdikləri zaman bunu dərindən yaşamağı bacarırlar. Onlar sizi çox xüsusi hiss etdirə bilər. Əkizlər münasibətdə ən çox tanışlıq mərhələsini sevirlər. Qarşındakı insanı anlamağa çalışırlar.
Türkan