Barmaq və yağ izi... - “iPhone 15”lə bağlı daha bir ŞİKAYƏT

Barmaq və yağ izi... - “iPhone 15”lə bağlı daha bir ŞİKAYƏT

Smartfon telefonları bazarında aparıcı mövqeyə sahib olan “Apple” şirkətinin yeni satışa çıxardığı “iPhone 15” modeli ilə bağlı şikayətlər artmaqdadır. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Avropada bu telefonları satın alan və istifadə edən sosial media istifadəçiləri telefonların arxa səthində rəng dəyişikliyinin olduğunu, üzərində barmaq izi və yağ izi qaldığını bildiriblər. 


Şirkət bu şikayətlərə cavab olaraq bildirib ki, yeni modelləri alan şəxslər telefonu qabı ilə birgə istifadə etməlidir. Şirkət bu məsləhəti onunla izah edib ki, “iPhone 15” modellərində titan çərçivədən istifadə olunur və bu çərçivələr tər və yağlarla təmasda olduqda rəngini dəyişə bilər. 


Bu cür şikayətlər bitməmiş yeni bir narazılıq eşidilməyə başlanılıb. “iPhone 15”in bəzi istifadəçiləri telefonlarının donmasından şikayətləniblər. İstifadəçilər bildirib ki, köhnə “iPhone”larda olan məlumatları yeni model telefona köçürmək istəyərkən telefon donub.


Texnologiya nəhəngi telefonların donmaması üçün məsləhətini də açıqlayıb. Şirkət tövsiyə edir ki, “Apple”ın yeni “iOS 17.0.2.” əməliyyat sistemini yüklədikdə “iPhone 15” modellərində donma baş verməyəcək.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...