Antarktidadakı anomal istilərin səbəbi AÇIQLANDI

Antarktidadakı anomal istilərin səbəbi AÇIQLANDI

Antarktidada havanın temperaturu mövsümi normalardan təxminən 39 dərəcə yuxarı qalxıb. İndiyə qədər qeydə alınan bu ən anormal istilik dalğasına iqlim dəyişikliyinin təsir payı 2 dərəcə selsi olaraq ölçülüb. 

 

Bəs Antarktidada buzlaqları əridən anomal isti dalğasının səbəbi nədir? 

 

Sfera.az xəbər verir ki, bu barədə aparılan tədqiqatların nəticəsi “Advancing Earth and Space Science” jurnalında dərc olunub.


Araşdırma isti dalğasına iqlim dəyişikliyinin təsirinin az olduğunu, əsas səbəbin isə bölgənin təbii dəyişkənliyi olduğunu göstərib .Bu araşdırma isti atmosferin temperaturun artmasında böyük rol oynamadığını desə də, iqlim dəyişikliyinin dəqiq səbəbi hələ də araşdırılır.

 

Alimlər həmçinin hesab edirlər ki, iqlim dəyişikliyinin qitəyə isti hava kütlələri gətirən anomal küləklərlə də əlaqəsi ola bilər.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR