Oğlu şahzadə Diana ilə qəzada ölmüş milyonçu vəfat etdi - FOTO

Oğlu şahzadə Diana ilə qəzada ölmüş milyonçu vəfat etdi - FOTO

“Fulham” futbol klubunun keçmiş sahibi, misirli milyonçu Məhəmməd Əl Fayed 94 yaşında dünyasını dəyişib.

 

Sfera.az bildirir ki, bu barədə klub məlumat yayıb.

“”Fulham”dakı hər kəs keçmiş sahibimiz və sədrimiz Məhəmməd Əl Fayedin vəfatına görə kədərlidir. Biz ona klubumuz üçün etdiklərinə görə minnətdarıq və bu çətin vaxtda ailəsi və dostlarının yanındayıq”, deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, “Forbes”in məlumatına görə, iş adamının sərvəti 2022-ci ilin noyabrında 1,9 milyard dollar olub. 20 yanvar 1929-cu ildə İsgəndəriyyədə anadan olan Əl Fayed karyerasına Misirdə başlayıb. Daha sonra Səudiyyə Ərəbistanı milyonçusu Adnan Kaşıkçının bacısı Semira Khashoggi ilə evlənib. Əl Fayedin oğlu Dodi 1981-ci ildə “Od Maşınları” filminin prodüseri olub və film 4 Oskar qazanıb. Dodi Əl Fayed 31 avqust 1997-ci ildə Fransada şahzadə Diana ilə yol qəzasında ölüb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...