Super Ay hadisəsi bürclərə necə təsir edəcək? - Sevgi, iş, maddiyyat...

Super Ay hadisəsi bürclərə necə təsir edəcək? - Sevgi, iş, maddiyyat...

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub. Bu,  insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Lakin sözügedən hadisə astrologiyaya təsirsiz ötüşmür.

 

Sfera.az bu dəfə Super Ay hadisəsinin bürclərə təsiri ilə bağlı məlumatı təqdim edir.

 

Qoç bürcü – Super Ay hadisəsi bu bürcün nümayəndələrinə müsbət təsir edəcək. Bu, enerjinizi artırmaq üçün mükəmməl bir fürsətdir və motivasiyanız həmişəkindən daha güclü ola bilər.

 

Buğa bürcü - Maliyyə baxımından təsirlər gözləniləndir. Emosional tarazlığınız və maliyyə məsələlərinizlə daha ciddi məşğul olmaq fürsəti tapa bilərsiniz.

 

Əkizlər bürcü – Super Ay hadisəsindən sonra məşğul bir dövrə girəcəklər. Bu, ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək və yaxın münasibətlərinizi gücləndirmək üçün çox yaxşı fürsətdir.

 

Xərçəng bürcü -  Öz daxillərinə səyahət edəcəklər. Xüsusilə ailə və yaxın dostluq münasibətlərini gücləndirəcəklər.

 

Şir bürcü-  Özlərinə inamları sayəsində yaradıcılıqlarını ortaya qoyacaqlar. Yeni addımlar üçün bu fürsətdən istifadə edə bilərsiniz.

 

Qız bürcü - Bu hadisədən sonra daha çox işləməyə başlayacaqlar. Onlar yeni iş və karyera imkanları tapacaqlar.

 

Tərəzi bürcü - Münasibətlərinizlə məşğul olmaq və tarazlıq məsələlərini həll etmək üçün fürsətdir. Sosial əlaqələrinizi gücləndirmək üçün bu dövrdən istifadə edə bilərsiniz.

 

Əqrəb bürcü - Daxili transformasiyanı yaşamaq və düşünməyin vaxtı çatıb. Super Aydan sonra bu fürsəti əldə edəcəksiniz.

 

Oxatan bürcü - Bu dövr sizə ən çox fayda verəcək. Sizi yeni təcrübələr və yeni səyahətlər gözləyir.

 

Oğlaq bürcü – Super Ayla birlikdə şanslarını artıracaqlar. Karyera planınıza diqqət yetirin və nə lazımdırsa edin.

 

Dolça bürcü - Özünüzü yeniləməyə hazırlaşın. Bu dövr sizə yenilik, azadlıq və sosiallaşma imkanları təqdim edir.

 

Balıqlar bürcü - Çox emosional əhval-ruhiyyəyə malik olan balıqlar bu dövrdə yeni mənəvi axtarışlara girə bilərlər. Sevgi, münasibətlər və evlilikdə dəyişikliklər ola bilər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...