Milyarderlərin “qiyamət hazırlığı” - Bu ölkələrdən torpaq alırlar

Milyarderlərin “qiyamət hazırlığı” - Bu ölkələrdən torpaq alırlar

Elm adamları qiyamət günü ilə bağlı maraqlı araşdırma aparıb.

 

Sfera.az bildirir ki, alimlər qlobal çöküş zamanı sığınacaq üçün ən təhlükəsiz ölkələri müəyyənləşdiriblər.

 

Belə ki, əhali artımı, qlobal istiləşmə və iqtisadi ziyan qarşısında qiyamət ssenarisi baş verərsə, yalnız 5 ölkənin sağ qalma ehtimalının olduğu açıqlanıb. Həmin siyahıya Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir. Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.

 

Elm adamları qeyd edib ki, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, Covid-19-dan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər. Digər tərəfdən, “Sustainability” jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilib. Tədqiqat müəllifləri onu da vurğulayıblar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artması səbəbindən böyük təhlükə altındadır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...