Kannibalizm, yoxsa məcburiyyət? - 4 dostun aralarından birini yeməyə məcbur qaldığı Minyonet hadisəsi

Kannibalizm, yoxsa məcburiyyət? - 4 dostun aralarından birini yeməyə məcbur qaldığı Minyonet hadisəsi

Varlı avstraliyalı hüquqşünas Mignonettedə yaxta alır və öz heyətini yaratmaq istəyir.
Hər şey bundan sonra başlayır…


 

Sfera.az dənizin ortasında qalan 4 dostun aralarından birini yeməyə məcbur qaldığı Minyonet hadisəsi haqqında təfərrüatları təqdim edir.
 

Hüquqşünas Tomas Dadlini kapitan, Edwin Stephens, Edmund Brooks və Richard Parkers isə dənizçi kimi işə götürür və ekipaj birlikdə ilk səyahətinə yola düşür.
Mayın 19-da başlayan səyahəti çox sakit davam etsə də, iyulun 5-nə keçən gecə işlər nəzarətdən çıxır.


Gecələr sakit hərəkət edən yaxtaya böyük dalğa dəyir və yaxta su almağa başlayır. Nəticədə nəhəng yaxta 5 dəqiqəyə batır.
Yaxta batan kimi, Kapitan Tomas dərhal xilasedici qayığı suya buraxır və bütün ekipaj cəmi 2 qutu şalgam götürə bilir.


4 nəfər dənizin ortasında tək qalır...

 

Ən yaxın qurudan 1127 km aralıda olan ekipaj xilas vasitəsi olaraq bir ticarət gəmisi tərəfindən tapılmasını gözləməyə qərar verir.


Amma təəssüf ki, yanlarında cəmi 2 qutu şalgam qalıb. Ekipaj 2 gün sonra şalgamın ilk qutusunu açır.

 

İlk qutunu 2 gün saxlamağa çalışan ekipaj daha sonra dənizdən bir tısbağa tutub yeyir.


İyulun 15-də 2-ci qutu şalğamı bitirən komanda nə balıq tuta, nə də yağış suyu əldə edə bilir. Sonra dəniz suyu və öz sidiklərini içməyə başlayırlar.
 

Komandanın ən gənc üzvü Riçard qurtuluş ümidini gözləyərkən dəniz suyu içdiyi üçün xəstələnir.


Vəziyyət çətinləşməyə doğru gedərkən onlardan biri çox ağır xəstəlikdən əziyyət çəkirdi. Bunun üzərinə kapitan Tomas xəstə olan Riçardı yeməli olduqlarını, yoxsa hamının öləcəyini deyir, lakin Edmund bu qərara qəti şəkildə qarşı çıxır.


Dostları buna etiraz etsələr də, Tomas bu fikrindən vaz keçmir və nəhayət yaxın dostu Edvini razı sala bilir.
 

Bundan sonra dostları Riçardın boğazına bıçaq sancaraq onu öldürüb və 4 gün ərzində Riçardın ətini yeyiblər.


Bir neçə gündən sonra ekipajı alman ticarət gəmisi xilas edir, lakin xilasedici qayıqdakı qan hər kəsi narahat edir.


Belə ki, sağ qalan ekipaj üzvləri sorğu-sual üçün toplanır. Ortada çox ciddi bir adamyeyənlik vəziyyəti var idi.


Dindirmə zamanı Edmund qətiyyən razı olmadığını və ideyanın Tomasdan gəldiyini deyir.


Beləliklə, Tomas və Edvin məhkəmə qarşısına çıxır. Ancaq gözlənilməz bir vəziyyət yaranır: hakim, münsiflər heyəti və ictimaiyyət Tomas və Edvinin tərəfində olur. Adamyeyənliyin qurbanı olan Riçardın qardaşına heç kim qulaq asmır.


Güclü ictimai təzyiqdən sonra isə Tomas və Edvin əfv edilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...