Evinizdəki gizli təhlükə: Ağciyərlərinizə ciddi zərər verir - Mütləq bunu edin...

Evinizdəki gizli təhlükə: Ağciyərlərinizə ciddi zərər verir - Mütləq bunu edin...

ABŞ dermatoloqu Skott Valter vanna otaqlarında gizlənən təhlükəni ortaya çıxarıb.

 

Referans.az New York Post-a istinadən xəbər verir ki, insanların dəri və ağciyərlərinə zərər verməmək üçün hamamdakı duş başlıqlarını təmizləməli olduqlarını vurğulayan Skott Valter təhlükənin "biofilm"rdən qaynaqlandığını vurğulayıb.

 

"Bunu bu il getdiyim bir dermatoloji konfransda öyrəndim. Duş başlıqlarımızda yaşayan biofilm adlı bakteriya qrupları bir qalaya bənzəyir, onlara asanlıqla qalib gəlmək olmur".

 

Biofilmlər hüceyrələrin səthinə yapışan mikroorqanizmlər toplusudur. Bir-birinə bağlı hüceyrələr adətən onlar tərəfindən istehsal olunan hüceyrədənkənar polimerik maddəyə (EPS) yerləşir. Buna görə də onları yerləşdikləri yerlərdən təmizləmək asan deyil.

 

Bakterial biofilmlərin dəri və tənəffüs problemlərinə səbəb olduğu ifadə edilib. Həkim Valter siqaret çəkənlərin, ağciyər xəstəliklərindən əziyyət çəkənlərin və immun sistemi zəif olanların xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edib.

 

Amerika Mikrobiologiya Cəmiyyətinin apardığı araşdırma da sübut edib ki, duş başlıqlarında yerləşən bakteriyalar duş zamanı spreyə çevrilir və insanlar onları nəfəslərinə çəkərək xəstələnirlər.

 

Dermatoloq duş başlıqlarını təmizləmək üçün ağ sirkədən istifadə edilə biləcəyini qeyd edib:

 

Birinci üsul - duş başlığını ağ sirkə ilə dolu bir qaba qoyun və ən az 4-5 saat sirkə içində saxlayın.

 

İkinci üsul - duş başlığını içi ağ sirkə ilə doldurulmuş polietilen torbaya qoyub ağzını möhkəm yapışdırın.

 

Mütəxəssislər deyirlər ki, duş başlığı ən azı ayda bir dəfə təmizlənməlidir.


OXŞAR XƏBƏRLƏR

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...

Mahir bacısı və sevgilisi ilə - FOTO

Məşhur futbolçu Mahir Emreli sevgilisi və ailəsi ilə paylaşım edib.   Sfera.az xəbər verir ki, Mahir bacısı Ayşə və eşq yaşadığı türk xanımla fotolar...