Milyon, milyon günəbaxan - VİDEO

Milyon, milyon günəbaxan - VİDEO

ABŞ-da Kanzaslı fermer Lee Wilson (Li Uilson) həyat yoldaşı Renee ilə evliliklərinin 50-ci ildönümündə romantik bir hədiyyə olaraq 80 hektar sahədə 1,2 milyon günəbaxan əkərək, ona sürpriz edib.
 

Sfera.az bildirir ki, məşhur mahnıdakı kimi ideya Li Uilsonun həyat yoldaşı Reneyə olan sevgisini qeyri-adi şəkildə göstərmək istəyindən yaranıb. Li oğlu ilə birlikdə hər kəsdən gizli şəkildə bir ay ərzində toxum səpib.
 

Li Uilson 80 hektarlıq geniş sahədə 1,2 milyon günəbaxan əkib.


Onların qızıl ildönümü günü gələndə Li həyat yoldaşına bu şirin hədiyyəni göstərib.


"Bu, məni xüsusi hiss etdirdi. Bu günəbaxan tarlasından gözəl yubiley hədiyyəsi ola bilməzdi"- deyə Rene hədsiz sevinclə bildirib.
 

Cütlük 16 yaşında məktəbdə tanış olub və o vaxtdan bəri birlikdədir.


Rene günəbaxanı həmişə sevib.


Dünyanın hər yerindən ziyarətçilər çiçək açan bitkinin canlı gözəlliyini çəkmək üçün mənzərəli yerə axışıb. Sosial şəbəkələrdə romantik jestin videosu yayılıb.


"Bu, çox şirindir və hər ikisini yubileyləri münasibətilə təbrik edirəm" - deyə gələn ziyarətçilər də öz heyrətlərini və təbriklərini əksik etməyiblər.


Qeyd edək ki, Kanzas, ərazisində bitən bu bitkilərin bolluğuna görə tez-tez "Günəbaxan Dövləti" adlandırılır. Çiçəkləmə dövrü adətən yazın sonunda baş verir. Günəbaxan estetik cəlbediciliyi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Onların böyük başları arılar və kəpənəklər kimi tozlandırıcıları cəlb edərək ekosistemə faydalı edir.

 

Aynur

Sfera.az


OXŞAR XƏBƏRLƏR