Çində süni intelekt çatbotlarının milli versiyaları hazırlanır

Çində süni intelekt çatbotlarının milli versiyaları hazırlanır

Çin hökuməti ölkənin xidmətlər sektorunda süni intelektin imkanlarından daha geniş və səmərəli şəkildə istifadə etməkdə qərarlıdır. Bu məqsədlə hökumət bütün məhsul qrupları üzrə milli texnologiyaların, proqramların tətbiqini gücləndirəcək.

 

Sfera.az CNN-ə istinadən xəbər verir ki, Çin ChatGPT (süni intelektə malik söhbət robotları (çatbot)) kimi populyar xidmətləri gücləndirən texnologiyanı tənzimləyən ilk ölkələrdən biri olmaqla generativ süni intellekt (AI) üçün yeni qaydalar qəbul edib. Çinin Kiberməkan İdarəsi bir sıra yenilənmiş qaydaları açıqlayıb. Yeni qaydalar avqustun 15-dən qüvvəyə minəcək.

 

Yeni qaydalar internet üzərindən xidmət göstərən şirkətləri süni intellekt çatbotlarının (chatbot) öz versiyalarını işə salmağı həvəsləndirəcək. Məlumatlara görə artıq Alibaba (BABA), Baidu (BIDU) və JD.com (JD) kimi nəhənglər süni intellekt çatbotlarının öz versiyalarını işə salmağa yaxındırlar. 

 

Qaydalar hələlik Çində geniş ictimaiyyətə açıq olan xidmətlərə şamil ediləcək. Tədqiqat müəssisələrində inkişaf etdirilən və ya xaricdəki istifadəçilər üçün nəzərdə tutulan texnologiya istisna olunur. 

 

Yeni qaydalarla dövlətin bütün sənaye və xidmət sahələrində AI-dən istifadə təşviq ediləcək. Bunun üçün təhlükəsiz və etibarlı çiplərin, proqram təminatının, alətlərin, hesablama gücü və məlumat mənbələrinin inkişafı dəstəklənəcək. 

 

Qeyd edək ki, xidmət sektorunda süni intelektə əsaslanan çatbotlardan istifadə edilməsi son aylarda populyarlıq qazanıb. İndi Çinin texnologiya şirkətləri çatbotların öz versiyalarını buraxmaq üçün yarışırlar. 

 

Çin bu sahəni inkişaf etdirməklə dünyada liderliyə sahib olmaq istəyir. Çinin bu sahədə əsas rəqibi isə ABŞ-dir. ABŞ senatoru Mark Varner keçən ay xəbərdarlıq etmişdi ki, süni intellekt texnologiyasının tətbiqində Çin əhəmiyyətli irəliləyişlər əldə edib. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...