Adlarını bəlkə də heç kimin bilmədiyi qəhrəmanlar

Adlarını bəlkə də heç kimin bilmədiyi qəhrəmanlar

Tarixdə çoxlu insan gəlib, gedib. Bəziləri mühüm hadisələrlə tarixə damğasını vursa da, adı çəkilmədiyi üçün bu gün də tanınıb, yetərincə təqdir olunmayan mühüm qəhrəmanlar var.

 

Sfera.az sizə bu qəhrəmanlardan bəzilərini təqdim edir.
 

1. Tomas Aleksandr Dümas kreol generalı idi. Hətta Napoleonun belə ona paxıllıq etdiyi düşünülür...




Düşmənləri onu “Qara İblis” adlandırırdılar. Yaddaqalan nailiyyətlərini belə sadalayaq: Düma döyüşlərdə ön cərgədə öz adamlarına rəhbərlik etməkdən çəkinməyən bir zabit idi. O, Avstriya süvarilərini məğlub edərək, bir gündə 1500 əsir götürüb. Fransız inqilabı zamanı gələcək həyat yoldaşının kəndini xilas edib; Beləcə tanış olublar, sevib-evləniblər.
 

2. Milunka Savić Balkan müharibələrində və I Dünya Müharibəsində iştirak etmiş serb qadın əsgəri və xalq qəhrəmanıdır.




Əsgərlik illərində azı 9 dəfə yaralanan Milunkanı heç nə qorxuda bilməyib. O, həm də hərb tarixində ən çox medal qazanan qadın döyüşçü kimi tanınır.


3. Amerikalı mülki aviator Bessie Coleman pilot lisenziyası alan ilk Afrika-Amerika qadını və ilk yerli Amerikalı olub.
 



Uğradığı ayrı-seçkiliyə və irqçiliyə baxmayaraq pilot olmağa qərarlı olan Bessi pilot lisenziyası alan ilk qaradərili hesab olunur.

 

4. Charles Joughin, Titanik gəmisinin baş aşbazı olan İngilis-Amerikalı aşpaz idi.
 

Joughin batmaqdan sağ çıxa bilib. Üstəlik, xilasedici qayığa minməzdən əvvəl uzun müddət soyuq suda sağ qalaraq hər kəsi təəccübləndirib.

 

5. Bu qəhrəmanımız isə sözün əsil mənasında Qəhrəman olan - diş həkimi Benjamin L. Salomondur.
 

İkinci Dünya Müharibəsi zamanı cəbhəçi cərrah təyin edilib.


Bir gün döyüş zamanı bir yapon əsgər xəstəsini müalicə edərkən içəri girib. Salomon düşmən əsgərini güllələməklə xəstəsini müalicə etməyə davam edir. Bunun üzərinə daha çox düşmən əsgəri içəri girməyə başlayır. Salomon onları bir-bir məğlub edib, yerə sərərək, bir çox xəstələrinin həyatını xilas etməyi bacarıb. O, bu münaqişədən ağır yaralı olaraq çıxsa da, tarixə səs sala bilib.


6. Meri Sikol, həm tibb bacısı, həm də iş qadını, Krım müharibəsi zamanı arxa cəbhədə. British Hotel qurub.
 

Otel xəstə və sağalmış zabitlərin rahatlığı üçün nəzərdə tutulb. Bununla yanaşı, Seacole həmçinin meydanında bir çox əsgərin həyatını xilas edib.


7. Rembo filminin ilhamçısı hesab edilən Léo Major, ayrı-ayrı döyüşlərdə iki dəfə Fərqlənməyə görə medal alan yeganə Kanada əsgəri olub.
 



Tək başına təqib etdiyi 94 Schutzstaffel (SS) əsgərini əsir götürən mayor, ələ keçirdiyi silahları üsyançılara paylaması ilə tanınır.



8. "The Revenant" filmində çəkilən Hugh Glass məşhur ovçu olub.

O, həyatda qalmaq, qisas almaq, dostları tərəfindən ölümə buraxılması ilə tanınır. Həm də onun ayı ilə döyüşü unudulmazdır. Qlass sanki keçdiyi çətinlikləri və ayı ilə döyüşünü danışmaq üçün sağ qalıb.


9. Mariya Vasilyevna 1941-ci ildə əri faşistlər tərəfindən öldürüldükdən sonra qisas almaq üçün faşist Almaniyasına qarşı vuruşan sovet tankçısı və mexaniki olub.
 


Hər şeyi satıb özünə tank alan Mariya Stalinə məktub yazıb müharibənin ön cəbhəsinə getməyə icazə istəyir. İlk cəhdində 30 nasist əsgərini öldürüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...