Misirdə qədim qəbirlər və mumiyalama emalatxanaları aşkarlandı - FOTO

Misirdə qədim qəbirlər və mumiyalama emalatxanaları aşkarlandı - FOTO

Misirdə qədim qəbirlər və mumiyalama emalatxanaları aşkar edilib.

 

Sfera.az bildirir ki, bu günlərdə Misirin paytaxtı Qahirə yaxınlığındakı geniş firon nekropolunda 4000 il əvvələ aid qədim emalatxanalar və türbələr antik dövr rəsmiləri tərəfindən açılıb. Qədim Əsərlər Ali Şurasının baş katibi Mostafa Vəziri jurnalistlərə müsahibəsində Sakkarada insanların və müqəddəs heyvanların mumiyalanmasında istifadə edilən gil qablar və digər əşyaların da tapıldığını deyib. O həmçinin, gündəlik həyat səhnələri və məhsul becərmə təsvirləri ilə bəzədilmiş, 4400 il əvvəl beşinci sülalədən qalma qəbirlərin də aşkar edildiyini söyləyib. Rəsminin sözlərinə görə, emalatxanalar və türbələr 30-cu fironlar sülaləsinə (e.ə. 380-343-cü illər) və Ptolemey dövrünə (e.ə. 305-30-cu illər) aiddir.

 

Qeyd olunub ki, fevral ayında Sakkara nekropolunda qeyri-adi keramika qablarının tapılması qədim misirlilərin cəsədləri necə mumiyaladıqlarını ortaya çıxarıb. Tədqiqata əsasən, bankalarda aşkar edilən kimyəvi qalıqlar tədqiqatçılara ətirli və ya antiseptik yağların, qətranların qarışıqlarını müəyyən etməyə imkan yaradıb. Bu, tədqiqatçılara mumiyalamada istifadə olunan xüsusi materiallar, məsələn, Asiya və Afrikadakı tropik meşələrə xas olan dammar ağacı qətranı və elemi yağı haqqında yeni təfərrüatlar verib.

 

Bildirilib ki, son illərdə Misir hökuməti yeni arxeoloji tapıntıları barədə beynəlxalq mediada ciddi şəkildə təbliğat aparıb. Məlumata görə, bu cür kəşflər 2011-ci il qiyamından sonra siyasi qarışıqlıqdan əziyyət çəkən sənayeni dirçəltmək üçün ölkəyə daha çox turist cəlb etməyə kömək edəcək.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...