Dünyada nadir hallardan biri - Albinos panda görünüb - FOTO

Çinin cənub-qərbindəki Sıçuan əyalətindəki Volunq Milli Təbiət Qoruğunun panda mütəxəssisləri bu heyvanın bənzərsiz növü - albinos pandasını aşkar ediblər.
Sfera.az bildirir ki, albinos panda ilk dəfə 2019-cu ilin aprelində aşkar edilib. Bu dəfə o, başqa heyvanların əhatəsində görünüb. Kameralar onun yemək axtarmaq üçün nəhəng ağaca dırmaşdığı anı lentə alıb.
Bu unikal heyvan 150 adi pandanın yaşadığı mühitdə yaşayır və heç bir çətinlik hiss etmir. Qoruğun əməkdaşları tərəfindən çəkilmiş kadrlarda onun ağ tüklü, caynaqları və qırmızı gözləri olduğu görünür. Heyvan müdafiəçiləri pandanın tam sağlam olduğunu və təxminən beş-altı yaşında olduğunu bildirib.
Albinos panda ilk dəfə 2019-cu ilin aprelində təxminən 2000 metr yüksəklikdə aşkar edilib. O vaxtdan bəri xüsusi bir qrup kameraları işə salaraq heyvanı izləyir və onun gündəlik hərəkətlərini öyrənir. Bu dəfə kamers pandanın, yemək axtarışında olarkən sürətlə nəhəng ağaca dırmaşdığı anı çəkə biliblər.
Pekin Universitetinin Həyat Elmləri Məktəbinin tədqiqatçısı Li Şen bildirib ki, bu, təbiətdə qeydə alınan ilk albinos pandadır.
"Bu genin qırmızı panda populyasiyasında irsi olub-olmayacağı hələ məlum deyil. Daha çox araşdırmaya ehtiyac var"- deyə professor bildirib.
Qeyd edək ki, Çinin Milli Xəzinəsi hesab olunan Panda Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilib.