Tarixdə yaşanmış inanılmaz psixoloji hadisələr

Tarixdə yaşanmış inanılmaz psixoloji hadisələr

Tarixdə çox maraqlı hadisələr baş verib ki, bunların bir hissəsi psixoloji hallardır. Alimləri belə heyrətə gətirən bu halların tarixin ən diqqət çəkən hadisələri olduğunu söyləsək yanılmarıq.

 

Sfera.az psixiatrların qarşılaşdığı ən maraqlı hadisələri sizin üçün təqdim edir.
 

Kral III. George (Corc)un səhv müalicəsi



III George İngiltərə və İrlandiyanın dəli kralı kimi də tanınır. George 1760-1801-ci illərdə ölkələri idarə edib. Deyilənə görə, o, Amerikanın müstəmləkələrini itirməsi ilə dəli olub. Onun dəliliyi o qədər geniş yayılmışdı ki, adı çəkilən kimi bu mövzudan danışılırdı.

Kralın xəstəliyi irəlilədikcə, onun “tutmaları” tez-tez olurdu. Kral əvvəlcə ağzından köpük çıxana qədər dayanmadan saatlarla çox yüksək səslə danışırdı. Ona qulluq edən həkimlər kralın sıxıntısını anlamaqda çətinlik çəkirdilər.
Nəhayət, həkimlər krala genetik xəstəlik olan porfiriya diaqnozu qoydular.


Kralın qanında yüksək miqdarda arsen aşkar edildi və bunun porfiriyanın səbəbi olduğu düşünülürdü. Lakin kralın qanında tapılan arsenin miqdarı orta səviyyədən yuxarı idi. Ehtimal olunur ki, buna səbəb kralın qəbul etdiyi dərmanlar olmuşdu...


Toronto Ruhi Xəstəxanası


Bir gün Stiven adlı bir adam Kanadanın Toronto Ruhi Xəstəxanasına gəlir. Əvvəlcə hər şey tamamilə normal idi, ta ki kişi danışmağa və həkimləri şoka salana qədər.
 

Stiven adlı xəstə açıq şəkildə vore paraphilia (başqa insan və ya heyvan tərəfindən yemək istəyi) və cannibalizmlə maraqlanırdı. Ancaq insan və ya heyvan tərəfindən yeyilmək istəyi yer üzündə ən nadir fetişlərdən biri idi.
Həkimlər Stefanın kilolu və dominant qadın tərəfindən yeyilmə istəyini eşidəndə məəttəl qaldılar.
 

Bu tələbin səbəbi məlum deyil. İrəli sürülən nəzəriyyələrdən birində deyilir ki, Stiven tək qalmaq istəmədiyi üçün belə bir istəyi olub.


Phineas Gage sindromu




Phineas Gagenin (Qeyc) hekayəsinin əsas mövzusu: Beyin. 1848-ci ildə Vermontda qatar relsləri çəkərkən beyninə bir qatar relsi vurulduqdan sonra Gagenin şəxsiyyəti və bütün xüsusiyyətləri tamamilə dəyişib.
 

Bu hadisədən sonra Gagenin bütün qohumları və dostları onun başqa bir insan olduğunu deyir. Qəzada ölməməkdən daha qəribəsi o idi ki, əvvəllər xeyirxah və yardımçı olan Gage murdar və alçaq bir insana çevrilmişdi. Bəzi həkimlər dəyişikliyə səbəb olanın ön beyinin zədələnməsi olduğunu desələr də, bunun səbəbi bu gün də hələ tam olaraq bilinmir.


Kim Noble



20 fərqli şəxsiyyətə sahib olan Kim Noble ilə tanış olun. Onunla danışdığınız zaman, adətən, sizə cavab verən onun ən dominant şəxsiyyəti olan Patrisiya olur... Noble bir çox şəxsiyyət pozğunluğuna malikdir və içində anoreksiyadan əziyyət çəkən gənc qadın, yalnız latın dilində yaza bilən bir uşaq və nadir sənət əsərləri yarada bilən 14 sənətçi yaşayır.



Noble bu şəxsiyyətlər arasında özünün idarəsi xaricində keçidlər edib.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...