“Barbie” gəlinciyinə bənzəmək üçün 43 dəfə plastik əməliyyat keçirdi, bu hala düşdü – FOTOLAR

“Barbie” gəlinciyinə bənzəmək üçün 43 dəfə plastik əməliyyat keçirdi, bu hala düşdü – FOTOLAR

Günümüzdə gözəl olmaq və ya kiməsə oxşamaq üçün plastik əməliyyat keçirənlər çoxdur.


Sfera.az xəbər verir ki, Dalia Naeem adlı qadın da onlardan biridir.

 

29 yaşlı Dalia Naeemin həyatda ən çox istədiyi şey “Barbie” kuklasına bənzəməkdir. O, hətta bu məqsədinə çatmaq üçün 43 dəfə plastik əməliyyat keçirib.
Əslən Bağdaddan olan Dalia etdirdiyi estetik müdaxilələrdən sonra “İraq Barbisi” kimi tanınır.


Ölkəsində bir çox televiziya proqramlarına aparıcılıq edən Daliadakı ən bariz dəyişiklik üzündə hiss olunur.. O, burnunu daraldıb, dodaqlarını və sinəsini böyütdürüb.

 

Ancaq sosial media hesabında 1 milyona yaxın izləyicisi olan Daliaya verilən reaksiyalar gözlədiyindən çox fərqlidir. Aparıcı haqqında "zombi", "şeytan Barbi" kimi ifadələr işlədənlər çoxluq təşkil edir. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR