İlon Maskın bu qərarından Ronaldo və Beyons zərər gördü - FOTOLAR

İlon Maskın bu qərarından Ronaldo və Beyons zərər gördü - FOTOLAR

"Twitter" yenidən “mavi işarə” qərarı ilə sosial mediada gündəm yaratmağı bacarıb. Belə ki, sosial media platforması dünən minlərlə hesabdan "mavi işarə"ləri silməyə başlayıb. 

 

Sfera.az xəbər verir ki, "mavi işarə"sini itirənlər arasında Beyons və Kriştiano Ronaldo da var.

 

Qeyd edək ki, "Twitter" sahibi İlon Mask qazanc əldə etmək üçün sosial media şirkətini əsaslı şəkildə yenidən qurmağa çalışdığını bəyan etmişdi. İndi "mavi işarə"sini itirmək istəməyən istifadəçilər "Twitter Blue"ya abunə olmalıdır. İstifadəçilər bunun üçün ayda ən az 9$ ödəməlidirlər.

 

Qərara baxmayaraq bəzi məşhurların "mavi işarə"ləri hələ də qalmaqdadır.


Məsələn, NBA-nın ulduz basketbolçusu LeBron Ceyms "mavi işarə" üçün pul ödəməyəcəyini söyləsə də, İlon Mask tərəfindən hədiyyə edilən pulsuz abunəliklə "mavi işarə"yə sahibdir.

 

Mask təsdiqləyib ki, eyni razılaşma əfsanəvi yazıçı Stiven Kinq və “Ulduz Yolu kainatı”nda "Kapitan Kirk" rolunu oynayan usta aktyor Uilyam Şatnerə də aiddir.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...