Ən pessimist bürclər: Onlar həmişə kədərlidirlər

Ən pessimist bürclər: Onlar həmişə kədərlidirlər

Bəzi insanlar daim həyatlarından şikayətlənirlər. Daim öz bədbəxtliyini dilə gətirir, əziyyət çəkirlər. 

 

Sfera.az bu dəfə ən pessimist bürclərlə bağlı məlumatı təqdim edir.

 

Oğlaq bürcü – Bu bürcün nümayəndələri çox sabit insanlardır və hisslərini ifadə etmək onlar üçün vacibdir. Bunu edə bilməyəndə isə depressiyaya düşə bilərlər. Duyğuları ilə o qədər mübarizə aparırlar ki, sonda özlərini incidirlər.


Buğa bürcü - İntrovertdirlər və rahatlıq zonalarına düşkündürlər. Onlar dəyişikliyə nifrət edir və tək bir vəziyyət belə fərqli olduqda narahat olurlar. Həyatlarında hər şey alt-üst olmuş kimi kədərlənirlər.


Əqrəb bürcü – Hər şeyi dərin hiss etdikləri üçün çox həssasdırlar. Şəxsi münasibətlərində daha çox fədakarlıq edən tərəf olurlar,  yanlışlar olduğu halda asanlıqla inciyirlər. Onlar tənhalıqdan, hətta ayrılıqdan əziyyət çəkirlər. Hisslərini bölüşmür, içlərində yaşayırlar.


Xərçəng bürcü -  Çox sevən və həddindən artıq əhəmiyyət verən tərəf olurlar. Bu bürcün nümayəndələri həm də əqrəb bürcünə oxşar bir şəxsiyyətə sahibdirlər, yəni həssasdırlar.  “Əziyyət” sözü “Xərçəng”lə sinonim ola bilər.


Balıqlar bürcü - Onlar ümumiyyətlə çox mülayim və mehribandırlar. Sevdiklərinə qarşı qayğıkeş olurlar. Xəyalpərəst olmaqları isə lazımsız kədərlərə səbəb ola bilər. Balıqların pessimist və emosional təbiəti onların çox asanlıqla inciməsinə yol açır.

 

Qoç, Əkizlər, Şir, Qız, Tərəzi, Oxatan və Dolçalar isə real dünyada yaşayırlar. Hər şeyi praktik yanaşma ilə həll etmək üçün əllərindən gələni edirlər. 

 

Türkan



 


OXŞAR XƏBƏRLƏR