Qırmızı dırnaq boyası krizi - Kate Middleton kral protokolunu pozdu

Qırmızı dırnaq boyası krizi - Kate Middleton kral protokolunu pozdu

Keyt Middlton Pasxa günü kilsə mərasimində iştirak edərkən qırmızı dırnaq boyası ilə görüntülənib.
 

Sfera.az xəbər verir ki, “The New York Post” Uels şahzadəsinin kral protokolunu pozmasına reaksiyadan yazır.
 

Şahzadə Uilyam və üç övladı, 9 yaşlı şahzadə Corc, 7 yaşlı şahzadə Şarlotta və 4 yaşlı şahzadə Lui ilə dini toplantıya qatılıb və burada mükəmməl kral mavi kostyumunu nümayiş etdirib. .
 

Ancaq üç uşaq anasının ziddiyyətli manikürü bir çox royalistləri qəzəbləndirib. Çünki mərhum Kraliça II Elizabetin parlaq dırnaq boyasını bəyənmədiyi bildirilir.


Bir çox nəşrə görə, III Çarlzın anası “Essie”nin açıq çəhrayı rəngli "Ballet" adlanan boyadan istifadə edib və digər kral qadınlarının da bunu edəcəyini ümid edib.


Sosial mediada bəziləri Middltonun tam uğur qazana bilmədiyini iddia edib. Bir yazıda: "Təəssüf ki, bütün kral ailəsinin fotosessiyasını Keytin qırmızı dırnaq boyası pozdu. Bu, protokol deyil və Kate Middleton bütün ailəni buna məcbur etdi. Ayıb”-yazılıb
 

Digərində isə: "Meqan Markl çəhrayı olmayan dırnaq boyası sürdüyü üçün protokolu pozduğuna görə ləğv edildi. İndi burada qırmızı dırnaq boyası olan Keyt Middleton, bunun nə qədər cəsarətli olduğunu bizə deyə bilərmi?"
 

Bununla belə, başqaları şahzadəni cəsur hərəkətinə görə tərifləyiblər.
 

"Keyt Middleton qırmızı dırnaq lakı ilə. Yeni dövrü müşayiət edən modernləşmə… yenilik vacibdir və zadəganlar transformasiyada daha çox iştirak edəcəklər"-deyə başqa biri qeyd edib.


Tarixçi Marlene Koenig kral ailəsinin bəzi üzvlərinin geyimi ilə bağlı rəsmi qaydaların olmadığını bildirib, yəni Middleton ümumiyyətlə protokolu pozmamış ola bilər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR