Dünyada bir ilk: yeyiləbilən batareya hazırlandı – FOTO

Dünyada bir ilk: yeyiləbilən batareya hazırlandı – FOTO

İtaliya Texnologiya İnstitutunun (IIT) tədqiqatçıları gündəlik həyatda qida kimi istehlak edilən məhsullardan istifadə edərək "tamamilə yeməli" təkrar doldurulan batareya istehsal ediblər. 


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, yeyiləbilən batareya sağlamlıq diaqnostikası, qida keyfiyyətinin monitorinqi kimi tətbiqlərdə və uşaq oyuncaqlarında istifadə oluna bilər.


Tədqiqat Milanda IIT Çap və Molekulyar Elektronika Laboratoriyasının koordinatoru Mario Caironi başçılıq etdiyi qrup tərəfindən aparılıb.


Mario və komandası yeyiləbilən elektron materialların və  cihazların istehsalı üçün qidaların elektron xüsusiyyətlərinin öyrənilməsinə diqqət yetiriblər.


Qeyd olunub ki, yeyiləbilən elektronika sahəsi həzm sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən qida keyfiyyətinin monitorinqi üçün cihazların istehsalı ilə maraqlanır. 

 

Canlılarda baş verən biokimyəvi redoks reaksiyalarından ilhamlanan tədqiqatçılar batareyanı yaratmaq üçün badamdan, kaparidən və nori yosunlarından istifadə ediblər. Batareyada anod kimi istifadə edilən “riboflavin” badamdan, katod kimi istifadə edilən “quercetin” isə kaparidən əldə edilib.

 

Qısa qapanmaların qarşısını almaq üçün akkumulyatorlarda lazım olan separator üçün suşidə istifadə edilən nori dəniz yosunu, elektrik keçiriciliyini artırmaq üçün isə aktivləşdirilmiş kömür və su əsaslı elektrolitdən istifadə edilib.

 

Bundan əlavə, elektrodlar selülozdan hazırlanmış qızıl kontaktın çıxdığı mum kapsuluna yerləşdirilib. Qızıl kontakt tort bişirənlərin istifadə etdiyi qızıl folqa kimi tanınır.

 

Batareya 0,65 volt istehsal edir ki, bu da yeyildikdə insan orqanizmi üçün problem yaratmır. Batareya məhdud bir müddət ərzində aşağı güclü LED-lər kimi kiçik elektron cihazları işıqlandıra bilər. 


Batareya 48 mikroamperlə işləyən cihazlara 12 dəqiqə ərzində cərəyan vermək gücünə malikdir. 

 

Tədqiqatın nəticələri "Advanced Materials Journal"da dərc olunub.

Lalə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...