Şahzadə Diananın bərbəri kral ailəsi ilə işləməkdən danışdı

Şahzadə Diananın bərbəri kral ailəsi ilə işləməkdən danışdı

Şahzadə Diananın keçmiş bərbəri kral ailəsi ilə işləməkdən danışıb.
 

Sfera.az bildirir ki, John Barrett bir çox məşhurların sevimli saç stilisti olub. Lakin bütün hesablamalara görə, onun ən məşhur müştərisi 1990-cı illərin sonunda Barrettə saçına bir neçə dəfə forma vermək üçün gələn mərhum Şahzadə Diana idi.
 

Cütlüyün Nyu-Yorkdakı Carlyle otelindəki ilk görüşü haqqında "Çox gərgin idim" deyir, lakin məlum oldu ki, narahat olmağa əsas yoxdur.


"Mən onun otağına gedirəm və dərhal köməkçimlə çarpayıda oturub köməkçimin uşaqlarının şəkillərinə baxır" - deyə o, xatırlayır. "Onunla ünsiyyət qurmaq çox asan idi."


Barrett, Diananın saçına gəldikdə istədiyini etmək üçün bir güvən elementi olduğunu bildirib, lakin etiraf edib ki: "Belə birinə pis və ya səhv bir şey etsəydim, bütün dünyaya görünərdi”.
 

“Olduqca rahat insanidi"-deyə Barrett münasibətlərini xatırlayır:


“Gələn kimi soruşurdu ki: “gülmək istəyirsən?" Minlərlə məktub alan şahzadə gələn kimi onlardan təxminən beşini seçib oxumaqdan əzbərlədiklərini mənə də oxuyurdu. Bu məktubu yazanlar əsasən “dəli” və problemli insanlar olurdu”.
 

"O, bu məktubları oxuyur və biz sadəcə gülməkdən çatlayırdıq”- deyə bərbər xatırlayır.
 

“Plastik cərrahdan biri var idi... “Mən sizinlə məsləhətləşmək istərdim” deyə məktub yazmışdı. Şahzadə buna hər gün gülürdü.


Şahzadə Diana Barret onu sonuncu dəfə gördükdən qısa müddət sonra ölüb. "Hiss etdim ki, o, xoşbəxtlik və rahatlıq tapdı və bu, o qədər kədərlidir ki, davam etməsi mümkün deyil"-deyə bildirib.
 

Xatırladaq ki, şahzadə Diana Britaniyanın “Vogue” jurnalı ilə işləməkdən imtina etmişdi.
 

Keçmiş Vogue redaktoru Alexandra Shulman, şahzadə Diananın məşhur jurnalın redaktoru olmaq şansından imtina etdiyini açıqlayıb.


Diananın ölümündən bir il əvvəl yazılmış rədd məktubunun şəklini paylaşan Şulman, "Kaş ki, o, “Vogue” jurnalının qonaq redaktoru olmağa razı olardı" - deyə bildirib. Qeyd edək ki, Diana “British Vogue” jurnalının Milad nömrəsinin redaktoru olmağa dəvət olunub.


Şahzadə Diana tərəfindən yazılmış məktub


Şahzadə Diana çox nəzakətli bir təkzib yazıb və bu şərəfə görə çox minnətdar olduğunu bildirib, lakin qəbul etsə uyğunlaşa biləcəyinə əmin olmadığını bildirib. Şahzadə, yumorla qeyd edir ki, onu redaktor kimi dəvət etmək çox cəsarətli qərardır.

26 il sonra gəlini Meqan Markle isə “Vogue”nin qonaq redaktor təklifini qəbul etmiş, üz qapağı üçün qadınları isə şəxsən özü seçb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...