İspaniyanın tarixi turist şəhəri - Barselonadan FOTOREPORTAJ

İspaniyanın tarixi turist şəhəri - Barselonadan FOTOREPORTAJ

Avropanın cənub-qərbində yerləşən İspaniyanın 50 şəhəri olsa da, bu şəhərlər içərisində Barselona xüsusi yer tutur.

 

Ölkənin ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin də paytaxtıdır. 4,8 milyon insana ev sahibliyi edən şəhər Paris, Ruhr bölgəsi, Madrid və Milandan sonra Avropa Birliyində beşinci ən sıx şəhər ərazisi hesab olunur. Turizm şəhəri hesab olunan Barselonanın mədəni kökləri 2000 il əvvələ gedib çıxır. Şəhərin göz oxşayan qədimi binaları XIX-XX əsr Katalan modernista memarlığına məxsusdur və bu memarlıq Barselonada mühüm miras qoyub.

 

Şəhərin hər yerində görülə bilən memar Antoni Qaudinin işi isə xüsusilə diqqətəlayiqdir. Onun ən məşhur əsəri "Sagrada Familia"nın böyük, lakin hələ də tamamlanmamış kilsəsidir. Barselona YUNESKO tərəfindən Ümumdünya İrs Saytlarına daxil edilmiş bir çox maraqlı yerlərə sahibdir.

 

Sfera.az-ın əməkdaşı sözügedən şəhərin "Casa Mila", "Sagrada Familia" kimi binalarını,"Ciuatadella Park", "Barceloneta" və s. kimi görməli yerlərini lentə alıb.

 

Tarixi şəhərdən fotoreportajı təqdim edirik:

 

Fotolar:Anar Bayramlı

 

 

 

 


OXŞAR XƏBƏRLƏR