“WhatsApp”da xəbər kanalları yaratmaq mümkün olacaq – DETALLAR

“WhatsApp”da xəbər kanalları yaratmaq mümkün olacaq – DETALLAR

“WhatsApp” messencerinin yeni funksiyası ilə bağlı təfərrüatlar məlum olub. 


Sfera.az xəbər verir ki, messencerin tərtibatçıları xəbər kanalları yaratmağa imkan verəcək. Kanallar “WhatsApp”ın “Yeniləmələr” adlı ayrıca tabında nümayiş etdiriləcək. Onların köməyi ilə insanlar və şirkətlər messencer istifadəçiləri arasında xəbərlər yaymaq imkanına sahib olacaq. 


Kanala üzv olanlarla bağlı telefon nömrələri və digər məlumatlar isə gizlədiləcək. Həmçinin məlum olub ki, istifadəçilər “Axtarış” bölməsi vasitəsilə özlərinə lazım olan kanalları tapa biləcəklər. 


Qeyd edilən yeniliklər “WhatsApp”ın 2.23.8 nömrəli beta versiyasında “Android” əməliyyat sistemi ilə işləyən cihazlar üçün nəzərdə tutulub. Kanalların dəqiq nə vaxt bütün “WhatsApp” istifadəçiləri üçün əlçatan olacağı məlum deyil. 


Xatırladaq ki, “WhatsApp”ın xəbər bülleteni yarada biləcəyi faktı fevralın sonunda bildirilmişdi. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...