Ronaldo ilk dəfə eksklüziv 10 milyon dollarlıq Bugatti avtomobilinə mindi - VİDEO

Ronaldo ilk dəfə eksklüziv 10 milyon dollarlıq Bugatti avtomobilinə mindi - VİDEO

Kriştiano Ronaldo ilk dəfə kolleksiyasından olan yeni avtomobilini ictimaiyyətə nümayiş etdirib. Eksklüziv məhdud buraxılış “Bugatti Centodieci”nin 10 milyon dollar dəyəri var.

Sfera.az bildirir ki, İnstaqram sosial şəbəkəsində alberam17 adlı bloqqer tərəfindən Ronaldo ilə video yayımlanıb.

 

Ronaldo Madriddə çəkiliş aparıb. Futbolçu uzun müddətdir yerli "Real Madrid"də oynamayıb, lakin sevgilisi Georgina Rodriguez ilə İspaniyanın paytaxtına gəlib bahalı restorana gedib.
 

“Bugatti Centodieci” Kriştiano Ronaldonun ən bahalı avtomobilidir. Ümumilikdə, “Bugatti”nin yubileyinə həsr olunmuş 1600 at gücünə malik bu avtomobillərdın cəmi 10 ədəd istehsal edilib.


“Mercedes G-Class Brabus” isə futbolçunun gündəlik avtomobilidir
 

Ronaldo 2020-ci ildə yenidən “Bugatti Centodieci” almaq qərarına gəlib, lakin bahalı avtomobilin çatdırılması gecikib. Yalnız 2022-ci ildə məhdud sayda olan 10 avtomobilin hamısı sahiblərinə çatıb.


Unikal hiperkar Bugatti dünyanın ən bahalı yeni avtomobili olub.
 

Qeyd etdiyimiz kimi, “Bugatti Centodieci” Kriştiano Ronaldonun ən bahalı avtomobilidir. Maraqlıdır ki, bu, onun kolleksiyasında sayca üçüncü Bugattidir; futbolçunun həm də “Chiron” və “Veyron” avtomobilləri var.
 

Yəni, Ronaldonun kolleksiyasında ümumilikdə üç “Bugatti” var

Onun kolleksiyasında “Bugatti”dən başqa, hər birinin dəyəri 1 milyon dollar olan “McLaren Senna” və “Ferrari Monza”, həmçinin “Lamborghini Aventador”, “Aston Martin DBS Superleggera” və “Ferrari 599 GTO F12 TDF” superavtomobilləri var. Bu yaxınlarda Georgina Rodriguez ad günü üçün ona “Kabriolet Rolls-Royce Dawn” hədiyyə edib.
 

Ronaldonun gündəlik avtomobilləri “Rolls-Royce Cullinan” yolsuzluq avtomobilləri, “Lamborghini Urus” və “Mercedes G-Class Brabus”dur. Futbolçu “Mançester Yunayted”də oynayarkən dəbdəbəli “Bentley Flying Spur” sedanını idarə edib.
 

Qeyd edək ki, Bugatti Centodieci fransız brendinin 110 illiyinə həsr olunmuş məhdud buraxılışlı kupedir. Onun dizaynı 90-cı illərin məşhur “Bugatti EB110” modelindən ilhamlanıb. Ronaldonun avtomobili 1600 at güclü W16 ilə təchiz olunub, 380 km/saat sürət və 2,4 saniyəyə 100 km/saata sürətlənməyə qadirdir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR