Bitkilər də “danışır” – Alimlər açıqladı

Bitkilər də “danışır” – Alimlər açıqladı

Alimlər müəyyən ediblər ki, bitkilər insan qulağının eşidə bilməyəcəyi səslər çıxarır və susuzluq və ya stress zamanı bu səsləri artırırlar.

 

Sfera.az xəbər verir ki, bu barədə araşdırma "The Cell" jurnalında dərc edilib. 

 

Araşdırmaya görə, botaniklər bitkilərin bilinənin əksinə "səssiz canlılar" olmadığını ortaya çıxarıblar.

 

Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilaç Hadani CNN-ə deyib:

"Səsə cavab verən çoxlu orqanizm var, ona görə də düşündüm ki, bitkilərin kar və lal olduğuna inanmaq üçün yaxşı səbəbimiz yoxdur".

İlk dəfə 6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə bir kaktusun səsini qeyd edən Hadani o vaxt həmin səsin bitkidənmi, yoxsa ətrafdanmı gəldiyini müəyyən edə bilmədiyini deyib.

 

Bitkilərin vibrasiya yaratdığının daha əvvəl bilindiyini, lakin bunun havada yayılan səs dalğalarına çevrildiyinə dair heç bir dəlil olmadığını ifadə edən professor hazırda özünün və komandasının səs keçirməyən akustik qutularda işlədiyini qeyd edib.


Tütün və pomidor tingləri qoyulan qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edə bilən ultrasəs mikrofonları yerləşdirən komanda üzvləri bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəzilərinə isə heç toxunmayıblar.

 

Komanda daha sonra insan qulağının eşitmədiyi 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Tədqiqatçılar bunun patlayan qarğıdalı səsinə bənzədiyini bildirib.

 

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs-küy saldığını müəyyən edib. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR