Yeni uzunömürlülük rekordunu qıracaq şəxs qadın olacaq - ARAŞDIRMA 

Yeni uzunömürlülük rekordunu qıracaq şəxs qadın olacaq - ARAŞDIRMA 

Cənubi Florida Universiteti və Corciya Universitetinin tədqiqatçılarının hesablamalarına görə, 2060-cı ilə qədər yeni uzunömürlülük rekordu qırıla bilər.

 

Sfera.az xəbər verir ki, zamanla aparılan bəzi araşdırmalar insanın 150 yaşa qədər yaşaya biləcəyini göstərsə də, hələ heç kim bu həddə yaxınlaşmayıb.

 

Yeni araşdırmanın arxasında duran elm adamları maksimum ömür müddətini müəyyən etməkdənsə, yaxın gələcəkdə 122 yaşa çatma ehtimalına diqqət yetiriblər.

 

"Plos One" elmi jurnalında dərc olunan araşdırma 19 sənayeləşmiş ölkədə 50-100 yaşlı insanlar haqqında məlumatları təhlil edib. Statistik təhlillər göstərib ki, 1950-ci ildən əvvəl doğulmuş bəzi insanlar sonrakı illərdə uzunömürlülük rekordlarına nail ola bilərlər.

 

Mövcud gözlənilən ömür tendensiyasını təhlil edən tədqiqatçılar 1930-cu və ya 1940-cı illərdə doğulmuş birinin 2060-cı ilə qədər dünya rekordu qıracağı qənaətinə gəliblər. Tədqiqatın müəllifləri bu rekordun bir qadın tərəfindən qırılacağını deyirlər.

 

İnci


OXŞAR XƏBƏRLƏR