Süni intellekt tam ştatlı 300 milyon işçini əvəz edə bilər - HESABAT

Süni intellekt tam ştatlı 300 milyon işçini əvəz edə bilər - HESABAT

ABŞ-nın investisiya bankı olan “Goldman Sachs”ın hesabatına görə, süni intellekt tam ştatlı 300 milyon işçini əvəz edə bilər.

 

Sfera.az xəbər verir ki, hesabata əsasən, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına, eyni zamanda yeni iş yerlərinin yaradılmasına və məhsuldarlığın artmasına səbəb ola bilər.

 

“BBC”nin hesabatına görə, süni intellektin istifadəsi qlobal miqyasda irəli sürülən xidmət və istehsalda illik 7 faiz artıma səbəb olacaq. Məlumata görə, insan yaradıcılığından fərqlənməyən məzmun istehsal edən süni intellektin inkişafı irəliyə doğru atılan böyük addım kimi xarakterizə edilir.

 

Bildirilir ki, süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 faizi inzibati sektorda, 44 faizi məhkəmə sistemində, 6 faizi tikinti sektorunda, 4 faizi isə texniki xidmət və təmir sektorundadır.

 

Oksford Universitetinin peşələrin gələcəyi üzrə eksperti Carl Benedikt Frey “BBC News”a bildirib ki, istehsalçının süni intellektinə görə nə qədər iş yerinin yox olacağını bilmək çətindir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR