Dünyanın ən çox öpülən qadını… - MARAQLI HEKAYƏSİ

Dünyanın ən çox öpülən qadını… - MARAQLI HEKAYƏSİ

1930-cu illərdə Parisdə məşhur Seyn çayının sahilində naməlum gənc qızın cəsədi tapılır. Müayinə zamanı qızın 16-17 yaşlarında olduğu və intihar etdiyi məlum olur. Hamar dərisi və dinc təbəssümündən heyran olan meyitxana həkimi onun üzünün mum qəlibini götürür. Sonra qıza Sein adı verilir və Parisdəki yetimlər qəbiristanlığında dəfn edilir.

 

Evinin dəhlizində götürdüyü üz qəlibini asan həkimə baş çəkməyə gələn qohumları və dostları qızın üzündəki ifadədən çox təsirlənirlər. Qəribə bir hüzur və itirilmiş xoşbəxtliyə bənzətdikləri üz ifadəsi Parisdə ağızdan-ağıza danışılmağa başlayır.

 

Sfera.az bildirir ki, tarixi mənbələrdə yazılanlara görə, qəlib haqqında eşidən oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə qızın üzünün PVC surətlərini istehsal edir və bəzi oyuncaqlarda istifadə edir.

 

'Annie' adlı və qız üzünü əks etdirən gəlincik həmin il Avropada ən çox satılan oyuncaq olur. 1958-ci ildə Amerikalı Dr. Peter Safar şifahi ürək masajını kəşf edir və təlim üçün istifadə etmək üçün oyuncaq istehsalçısı Laerdaldan 500 real ölçülü Annie kuklasını sifariş edir. Lakin o zamankı Amerika hökuməti bu təlimi lazımsız görüb alışı ləğv edir və istehsal olunan gəlinciklər əldə qalır. Daha sonra oyuncaq şirkətinin sahibi Laerdal Norveçlə müqavilə bağlayaraq gəlincikləri ora göndərir.

 

Qeyd edilir ki, bu tarixdən sonra zaman keçdikcə eyni model cansız manikenlər bütün dünyada suni tənəffüs təlimləri üçün istifadə olunmağa başlayır və hamısının üzü Parisli Seynin üzü olur.

 

Ömrünə bir çayda son qoyan Seynin müəmmalı təbəssümlü dodaqlarında yüz minlərlə insanın həyatını xilas edən öpüş qorunur.

 

Bundan başqa, Maykl Ceksonun əfsanəvi “Smooth Criminal” mahnısında 42 dəfə soruşulan (Annie are you OK?) “Annie, yaxşısan?” sualını xatırlayırsınız yəqin.

 

Annie'nin Ceksonun uydurduğu bir obraz olduğunu düşünə bilərsiniz, amma elə deyil. Əslində, "Annie yaxşısan?" sualı "Resusci Annie" və ya "CPR Annie" kimi tanınan kukladan gəlir. Yəni süni tənəffüs təlimində istifadə edilən məşhur modeldən...

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR