Son 7 il: İnsanlar ölümsüzləşəcək

Son 7 il: İnsanlar ölümsüzləşəcək

Bəşəriyyət 2029-2030-cu illərdə ölümsüzlük əldə edə bilər. 

 

Sfera.az xəbər verir ki, dünyanın çoxdan gözlədiyi bu proqnozu amerikalı futuroloq və kompüter alimi Raymond Kurzveil verib.

 

“Science|Science” alimə istinadən yazır ki,  bu vaxta qədər insanlar hər il gözlənilən ömür müddətini bir ildən çox artıra biləcəklər. O, həmçinin bildirib ki, yaxın gələcəkdə nanorobotlar insanlara xəstəliklərdən qurtulmağa kömək edəcək:

 

“Bunun sayəsində insanların gözlənilən ömür müddəti ciddi şəkildə artacaq, daha sonra isə ölməz olacaq”.

 

Kurzveilin fikrincə,  2030-cu ilə qədər süni intellekt (AI) texnoloji təkliyə çatacaq və müstəqil olaraq inkişaf etməyə başlayacaq:

 

“Zamanla süni intellekt insanla eyni səviyyəyə çatacaq”.

 

Futuroloqun sözlərinə görə, yeddi ildən sonra insanın süni intellektlə birləşmə prosesi başlayacaq və 2045-ci ilə qədər kiborqlar nəsli yaradılacaq.//cebheinfo


OXŞAR XƏBƏRLƏR