Dünyanın ən uzun heyvanı odur: 15 metr...

Dünyanın ən uzun heyvanı odur: 15 metr...

Sauropod dinozavr cinsinə aid “Mamenchisaurus”  indiyə qədər mövcud olan bütün heyvanlar arasında ən uzun boya malikdir.

 

Sfera.az bildirir ki, bu barədə yeni araşdırma aparılıb.

 

Qeyd olunub ki, sözügedən dinozavrın boyu təxminən 50 fut olub -  bu da ikimərtəbəli avtobusun uzunluğundan 1,5 dəfə uzundur. Məlumata görə, “Mamenchisaurus” sauropod 162 milyon il əvvəl yaşayıb və ilk dəfə 1987-ci ildə Çində aşkar edilib. 

 

London Təbiət Tarixi Muzeyinin dinozavr üzrə mütəxəssisi professor Pol Barret sözügedən dinozavrla bağlı bunları qeyd edib:

 

“Bütün sauropod dinozavrları kimi “Mamenchisaurus” da təkcə ağciyərlərə deyil, həm də çoxlu şar kimi hava kisələrini özündə birləşdirən mürəkkəb tənəffüs aparatına malik olub. Bu kisələr ağciyərlərə və nəfəs borusuna bağlı olsa da, heyvanın boynunun, sinəsinin və qarnının içərisinə doğru yayılmışdı. Bu hava kisələrinin həcmi ağciyərlərdən qat-qat böyük idi və onlar hətta sümüklərin içinə girirdi. Tənəffüs aparatı nəhəng sauropodların uzun nəfəs borusunda böyük həcmdə havanı hərəkət etdirməyə kömək edirdi”.

 

“Mamenchisaurus” un boyun və kəllə sümüyündən yalnız bir ovuc sümük tapılsa da, yeni bir araşdırmada mütəxəssislər, dinozavrın uzunluğunu müəyyənləşdirmək üçün yaxın qohumlarının skeletlərindən istifadə ediblər. Mütəxəssislər boyun fəqərələrinin 69-77 faizinin içi boş olduğunu bildiriblər. Onlar həmçinin dinozavrın fəqərələrində  boyun sabitliyini artıran 13 fut sümük uzantıları aşkarlayıblar.

 

Son açıqlamalara qədər “Sauroposeydon” təxminən 40 futluq boyu ilə rekorda sahib idi. “Stony Brook” Universitetinin paleontoloqu Andrey Mur dinozavrla bağlı bunları deyib:

 

“15 metr uzunluğunda bir boyun ilə “Mamenchisaurus”  ən azı daha uzun bir şey kəşf edilənə qədər rekord sahibi ola bilər”.

 

Qeyd edək ki, yeni araşdırma “Journal of Systemic Paleontology” jurnalında dərc olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR