Subay xanımların DİQQƏTİNƏ! İlaxır çərşənbə günü baxılan FALLAR

Subay xanımların DİQQƏTİNƏ! - İlaxır çərşənbə günü baxılan FALLAR

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir. Bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. 

 

Sfera.az bildirir ki, ilaxır çərşənbəsi günü adətən subay qızlar Novruz falına baxırlar. Həmin maraqlı fallardan bir neçəsini təqdim edirik.

 

Qapı pusmaq – Bu gün axşamçağı qonşuların qapısı sakitcə pusulur. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr düşünülür. Buna görə də, çərşənbə axşamı yalnız yaxşı sözlər danışmaq adətdir. 


Duzlu kökə - Adətən ilaxır çərşənbədə gec yatırlar. Gənc qızlar əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar və su içmirlər. Gecə yuxuda içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.


Nişan üzüyü falı - Bu bayramda gənc qızlar nişan üzüyünə tük bağlamaqla onu suya salırlar. Sonra üzüyü suyun üzərində saxlayıb, onun neçə dəfə fırlanmağını sayırlar. Üzük neçə dəfə fırlanarsa, demək gənc qız həmin yaşda ailə həyatı quracaq.


Alma falı -  İki almaya xəlvəti bir işarə qoyulur, ürəkdə niyyət edilir. Sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.


Qara və qırmızı karandaşlar -  İlaxır çərşənbədə qaba 1 yumurta, 1 qırmızı və 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa, xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il üçündür.


Şam falı -  Qaba su tökülür və şam yandırılır. Şamı suya tərəf əyib yaşın sayı qədər damcıladılır. Alınacaq hərf nişanlının adının baş hərfidir.


Çöplər - Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir", "şər" deyib sayırsan. Əgər axırıncı çöp "xeyir" olarsa, məqsədinə çatırsan. "Şər" olarsa, ürəyində tutduğun arzuya nail ola bilmirsən.

 

Türkan


OXŞAR XƏBƏRLƏR