III Çarlzı və Mixail Qorbaçovu geyindirdi, itlərinə sərvət qoydu: Məşhur modelyerin sirli intiharı - FOTOLAR

III Çarlzı və Mixail Qorbaçovu geyindirdi, itlərinə sərvət qoydu: Məşhur modelyerin sirli intiharı - FOTOLAR

1996-2001-ci illərdə "Givenchy"də baş dizayner kimi işləyən və öz brendini yaradan məşhur britaniyalı modelyer və dizayner Li Aleksander Makkuin 17 mart 1969-cu ildə anadan olub. O, Londonda taksi sürücüsü və müəllim ailəsində dünyaya göz açıb. Məktəb illərində bacıları üçün paltar tikməyə başlayıb və böyüdükdən sonra modelyer olmaq arzusu ilə yaşayıb.

 

Onun müştəriləri arasında Şahzadə Çarlz (Kral III Çarlz) və Mixail Qorbaçov da var idi. İyirmi yaşı olanda Koji Tatsuno, sonra isə Romeo Gigli üçün çalışıb. 1994-cü ildə Mərkəzi Saint Martin İncəsənət və Dizayn Kollecində magistr dərəcəsi alıb. Daha sonra kolleksiyalarını təqdim edib. Onun dizayn etdiyi libasları David Bovie və Björk turneləri və musiqi albomlarının üst qapaqları üçün geyiniblər. 1996-2001-ci illər arasında Li Aleksander Makkuin "Givenchy"də çalışıb və şirkətin onun yaradıcılığını məhdudlaşdırdığını bildirərək əməkdaşlığı dayandırıb.

 

Li Aleksander Makkuinin kolleksiyalarından bəziləri Highland Rape və ya burnsters kimi qəddar teatral başlıqlara görə tənqid edilmişdir. Makkuin üçün podium geyim nümayiş etdirməkdən daha çox, özünü təqdim etmək üçün bir fürsət idi və buna görə də o, şoularına dramatik dönmələr əlavə etmək üçün yenilik və texnologiyadan istifadə etdi. Onun ən populyar şousu VOSS adlı kolleksiya təqdim edib. Üstəlik, Makkuinin işi məşhurlar tərəfindən sevildi, xüsusən naxışlı dizayna malik yaylıqları rəğbət gördü.

 

Daha sonra dizayner gey olduğunu açıq şəkildə elan etdi. 2000-ci ildə İspaniyada eynicinslilərin nikah qanuni olmadığı üçün Li Aleksander Makkuin qeyri-rəsmi şəkildə Corc Forsis ilə birlikdə yaşamağa başladılar.  Ancaq bir ildən sonra ayrıldılar. 

 

11 fevral 2010-cu ildə Li Aleksander Makkuin evində tavandan asılmış vəziyyətdə tapıldı. O, ölümündən əvvəl məktub yazıb qoysa da, niyə intihar etdiyini açıqlamayıb. İstintaq zamanı dostlarından biri Li Aleksander Makkuinin son zamanlarda xoşbəxt olmadığını və yüksək dozada narkotik qəbul etdiyini bildirib. Onun anım mərasimində Keyt Moss, Naomi Kempbel, Anna Vintour, Stella Makkartney,  Sarah Cesika Parker və Björk iştirak edib. Li Aleksander Makkuin itlərini  çox sevib. Belə ki, o intiharından əvvəl itlərinin lüks həyatlarına davam etməsi üçün minlərlə dollar vəsiyyət edib.

 

Orxan


OXŞAR XƏBƏRLƏR