Aleksey Navalnı haqqında çəkilmiş film “Oskar” qazandı – Rusiya etiraz edir

Aleksey Navalnı haqqında çəkilmiş film “Oskar” qazandı – Rusiya etiraz edir

Kanadalı rejissor Deniel Roerin “Navalnı” filmi “Oskar” mükafatının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub. Bu isə Rusiyada səs-küy yaradıb. Bəziləri bunu ABŞ-ın Moskvaya açıq mesajı kimi qiymətləndirsə də, bəziləri bunu sadəcə “mükafat” adlandırıb.

 

Sfera.az bildirir ki, bununla bağlı danışan rusiyalı politoloq Andrey Qusiy yaxın tariximizdə iz qoymuş bir çox şəxsiyyətlərin olduğunu deyib:

 

“Filmi obyektiv adlandırmaq olmaz - pul qazanma üsullarından, məsələn, tanınmış ekstremist strukturdan bəhs edilmir. Axı biz biznes və siyasətçilər də daxil olmaqla, pulların necə və kimdən alındığını bilirik.  Burada belə əhəmiyyətli bir nöqtə əks olunmur. Bu olmadan film necə “sənədli film” sayıla bilər? Həmçinin, filmdə regional seçkilərdə müxtəlif Qərb mərkəzləri ilə əməkdaşlıq barədə də heç nə yoxdur. Bu mükafat siyasi və maliyyə lobbiçiliyinin qarışığının klassik nümunəsidir. Film isə öz bəhrəsini verməli olan biznes layihəsidir. Şirkət xeyriyyəçiliklə məşğul deyil, pul yatırır. Nəticədə həmin pul mükafat şəklində geri qayıtdı, siyasətçilər isə xoşbəxtdirlər”.

 

Politoloq növbəti “Oskar” qalibi haqqında da ehtimal irəli sürüb: “Qərbin hazırkı siyasi lobbiçilik məntiqini nəzərə alsaq, o zaman növbəti qalib film müharibə başa çatdıqdan və Ukraynanın çöküşündən sonra Voloadimir Zelenski haqqında olmalıdır”.

 

Qeyd edək ki, sözügedən film rusiyalı müxalifətçi Aleksey Navalnının 2020-ci ilin yayından 2021-ci ilin yanvarına qədər həyatında baş verən hadisələri əhatə edir. Filmdə əsas olaraq Navalnının Rusiyada zəhərlənməsi və müalicə aldığı Almaniyadan ölkəyə geri qayıtması kimi hadisələrdən bəhs edilir.  Rejissor Deniel Roer Navalnı ilə Almaniyada müalicə aldığı vaxt görüşüb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR