Olimpiya tarixində indiyə qədər baş verən qalmaqallı hadisələr

Olimpiya tarixində indiyə qədər baş verən qalmaqallı hadisələr

İlk dəfə 1896-cı il aprelin 6-da keçirilən Olimpiada, pandemiya səbəbindən keçən illərdə təxirə salınmışdı.
 

Bütün dünyanın illərdir danışdığı Olimpiada haqqında kifayət qədər məlumatınız varmı? İndiyədək Olimpiadanın qalmaqalları ilə tanışsınız?
 

Sfera.az bu yazıda Olimpiadada baş verən, son zamanlar çox danışılan ən maraqlı qalmaqalları sizə təqdim edir.
 

1908: Wyndham Halswelle qızıl medal üçün tək qaçıb
 

1908-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında iştirak edən Wyndham Halswelle, rəqibi amerikalı Con Karpenterin mane olacağı hərəkətlərə məruz qalıb. Hakimlərin müşahidə etdiyi bu vəziyyət amerikalı idmançının diskvalifikasiyası ilə nəticələnib. Zərərçəkmiş atlet Wyndham Halswelle üçün ikinci yarış keçirilib, lakin digər iki rəqib Karpenterin diskvalifikasiyasına etiraz etmək üçün iştirak etməyib. Bundan sonra britaniyalı atlet Wyndham Halswelle təkbaşına yarışaraq qızıl medala sahib olub.


1912: Jim Thorpe qızıl medallarından məhrum edilib.
 



Jim Thorpe 1912-ci il Olimpiadasında həm pentatlonda, həm də dekatlonda qızıl medal qazandı. Bir il sonra onun 1909 və 1910-cu illərdə beysbolla peşəkar şəkildə oynaması xəbəri onun medallarının əlindən alınmasına səbəb oldu. Torpun medalları ölümündən 30 il sonra ailəsinə qaytarılıb.
 

1932: Paavo Nurmiyə yarışlarda iştirak qadağan edildi.



"Uçan Finlər"dən biri kimi tanınan Paavo Nurmi 1920-1928-ci illər arasında məsafəyə qaçışda doqquz qızıl medal qazanıb. O, 1932-ci ildə iştirak ümidi ilə getdiyi yarışmada peşəkar elan edilib, yarışlarda iştirakına qadağa qoyulub.


1932: Gümüş medal qazanan isveçli rəqib sonuncu yerə endirilib
 

İsveçli rəqib Bertil Sandström 1932-ci ildə qatıldığı yarışmada atına qeyri-qanuni təşviq verib. Vəziyyət səlahiyyətlilər tərəfindən aşkar edildikdən sonra gümüş medal qazanan rəqib sonuncu yerə endirilib. Yarışdan sonra qeyri-qanuni təşviq üçün açıqlama verən isveçli rəqib yəhərin cırıldadığını deyərək özünə haqq qazandırmağa çalışıb.


1956: Melburn qan gölü



Rusiya idmançısı Valentin Prokopov yarış zamanı macar ulduz idmançı Ervin Zadorun üzünə yumruqla zərbə endirib. Qarşılaşmanın gedişi gərginləşməyə başlayanda hakimlər tərəfindən sonlandırılıb. Su polosu tarixinin ən məşhur qarşılaşmalarından birinin keçirildiyi 1956-cı il Melburn Olimpiadası Macarıstan və Sovet İttifaqı arasında siyasi gərginliyin simvolu olub.
 

1968: Corc Formanın Qara Güc salamı əvəzinə ABŞ bayrağını dalğalandırmasından sonra "xain" elan edilib

 

ABŞ himni oxunduqdan sonra iki idmançı Qara Qüvvət salamını verib, boks üzrə ağır çəkili çempion Corc Forman isə cibindən ABŞ bayrağını çıxararaq dalğalandırıb. Gənc idmançının bu hərəkəti sensasion xəbərlərə səbəb olub. ABŞ bayrağı dalğalandıran idmançı tənqidçilər tərəfindən “irqi satqın” adlandırılıb. Tənqidlərdən sonra açıqlama verən Foreman: “Sadəcə ölkəmi qeyd etmək istədim” bəyanatı verib.


1968: qaranlıq uğur...

 


 

Fransalı xizəkçi Jan-Klod Killi mübahisəli yarışdan sonra dağ xizəyi üzrə üç qızıl medal qazanıb. Lakin bu qələbənin üzə çıxmayan bir tərəfi var idi ki, o da avstriyalı xizəkçi Karl Şranza sirli bir adam tərəfindən mane olması idi. Avstriyalı xizəkçi başına gələnlərdən sonra etiraz etsə də, xeyri olmayıb. Etirazlar nəticəsində komitə toplanıb və Şranzın diskvalifikasiyası barədə qərar qəbul edilib. Heç vaxt tam işıqlandırılmayan bu yarış tarixə qaranlıq uğur kimi düşüb.


1972: ABŞ kişi basketbol komandası məğlub olaraq gümüş medalı almaqdan imtina edib


1972-ci ildə Münhen qırğınından sonra baş tutan Olimpiadada ABŞ-ın kişi basketbol komandası maraqlı şəkildə məğlub olub. Matçın sonuna yaxın ABŞ qələbəyə yaxın görünsə də, matçın son dəqiqələri bir dəfədən çox təkrarlanıb. Təkrarlanma nəticəsində sovetlər üstün olub və ABŞ kişi basketbol komandası təəccüblü şəkildə məğlub olub. ABŞ həmin il gümüş medal almaqdan imtina edib.


1972: "Bu, fırıldaqdır, Frank!"


1972-ci il Olimpiadasında amerikalı marafonçu Frenk Şorter qızıl medal qazanmağa yaxın olanda, alman fırıldaqçı stadiona soxulub. Yarışı ikinci yerdə başa vursa da, Şorterin haqsızlığa məruz qaldığı anlaşılıb və birincilik ona verilib. Bu zaman müxbir Erix Seqalın simvolik çağırışı "Bu, fırıldaqdır, Frank!" tarix yazıb.




1976-cı il Olimpiadasında baş verən fırıldaqçılıq qalmaqalının baş qəhrəmanı yenə də sovet idmançısıdan başqası deyildi. Sovet idmançısı Boris Onischenko müasir pentatlonun qılıncoynatma bölməsində fırıldaq edərkən tutulub və biabırçı şəkildə evə göndərilib.

 

1980: Władysław Kozakiewicz və tamaşaçılar


Polşalı Vladislav Kozakeviç dünya rekordu vurmağa çalışarkən tamaşaçılar tərəfindən istehza ilə qarşılanıb. Rus izdihamının yürüşlərindən sonra uğur qazanan Władysław Kozakiewicz sevincini tamaşaçılara jestləri ilə nümayiş etdirib. Bu reaksiyadan sonra dünyada haqqında danışılmağa başlayan yarışmaçı sensasion xəbərlərə səbəb olub.


1984: boksçu Evander Holifild diskvalifikasiya edilib.


Amerikalı yüngül çəkidə boksçu Evander Holifild 1984-cü il Olimpiadasının favoriti idi. Amma çoxlarının sual etdiyi o hadisə baş verdi. Evander Holifild diskvalifikasiya edildi və Yeni Zelandiyalı Kevin Barri qalib gəldi.
 

1988: Kanadalı idmançı Ben Conson dopinq qəbul etdiyi üçün evə göndərildi.


Kanadalı atlet Ben Conson 1988-ci ildə Olimpiadada 100 metr məsafəni 9,79 saniyəyə qət edərək dünya rekordu qırıb. Lakin tezliklə kanadalı idmançının dopinq qəbul etdiyi məlum olub və titulları əlindən alınıb


1988: boks tarixinin ən mübahisəli hadisələrindən biri...
 

1988-ci il Seul Olimpiadasında rinqdə amerikalı Roy Cons Jr. və Cənubi Koreyalı boksçu Park Si-Hun, aydınlanmamış bir qarşılaşma ilə bu günə qədər danışılan bir hadisəyə səvəb olub. Oyunun sonuna qədər üstünlüyə sahib olan Roy Jones, Jr. koreyalı hakimlərin rüşvət alması nəticəsində koreyalı boksçuya uduzduğu iddia edilir.


1988: Greg Louganis başını dalğıc taxtasına vurub


Amerikalı qızıl medalçı Qreq Louqanis Olimpiadanın seçmə mərhələsində başını suya tullanma taxtasına çırpıb. Təəssüf ki, həmin gün yaşadığı uğursuzluq təkcə bununla məhdudlaşmayıb. “Balıq adam” kimi tanınan Qreq Louqanis QİÇS-dən əziyyət çəkib. Bunu uzun müddət gizli saxlayaraq yarışan Louganis bu sirri yeddi il sonra həmin gün açıb.
 

1994: Fiqurlu konkisürən Nensi Kerriqan hücuma məruz qalıb.
 

Fiqurlu konkisürən Nensi Kerriqan 1994-cü il Olimpiadasında hücuma məruz qalıb. Müəmmalı hücum edən şəxs bir müddət naməlum qaldı, lakin tezliklə həmin şəxsin amerikalı konkisürən Tonya Hardinqin keçmiş həyat yoldaşı olduğu məlum olub. Bu Olimpiya qalmaqalı "Mən, Tanya" filminin də mövzusu olub.


1998: buz rəqsinin hakimi nəticələri saxtalaşdırıb.


1988-ci il Olimpiadasında buzda rəqs edən hakimin aldatma anları kameralara düşəndən sonra bütün yarışlar izlənməyə alınıb. Məyus olduqlarını bildirən rəsmilər hakimin Olimpiadadan qovulmasına qərar veriblər.


1998: Kanadalı snoubordçu Ross Rebagliati marixuana çəkdiyinə görə diskvalifikasiya edilib
 

Kanadalı snoubordçu Ross Rebagliati 1998-ci il Olimpiadasında qızıl medal qazanıb. Daha sonra müntəzəm narkotik testinə aparılan Rebagliati, müsbət nəticə verdikdən sonra diskvalifikasiya edilib. Tezliklə həkim müayinəsindən keçən idmançının istifadə etdiyi maddə qadağan olunmuş maddələr siyahısına daxil olmadığı üçün medal geri qaytarılıb.


Aynil
 

Sfera.az


OXŞAR XƏBƏRLƏR