Azərbaycanda gündəmə çevrilən avtomobil əslində... - VİDEO

Azərbaycanda gündəmə çevrilən avtomobil əslində... - VİDEO

Ötən gündən etibarən sosial şəbəkələrin gündəmini evakuator üzərində olan güllərlə bəzədilmiş bu avtomobil zəbt edib. Sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olan avtomobillə bağlı minlərlə fikir səsləndirilib. Bəziləri onun kimə hədiyyə olunduğunu, bəziləri isə avtomobilin üzərindəki güllərin təbii yoxsa süni olması ilə maraqlanıb. Əslində isə məsələnin mahiyyəti tamam fərqlidir.


Sfera.az xəbər verir ki, “156 Evakuasiya” şirkəti 8 Mart Beynəlxalq Qadınlar Gününündə qadınlarımızı özünəməxsus şəkildə təbrik edib. Belə ki, “156 Evakuasiya” şirkətinin evakuatoru üzərində olan avtomobil günlər öncədən süni güllərlə bəzədilərək, içərisi təbii çiçəklərlə doldurulmuşdur.


Səhər saatlarında hərəkət edən evakuator və şirkətin əməkdaşları bütün şəhəri gəzərək, qarşılarına çıxan xanımlara avtomobilin içərisindəki gülləri təqdim edərək, onları təbrik edib.Şirkətin bu addımı isə xanımların üzündə təbəssümə səbəb olub.


Sözügedən gündən görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR