Tekstil sənayesinin rəqəmsallaşması niyə vacibdir? - “Vaxta qənaət və..”

Tekstil sənayesinin rəqəmsallaşması niyə vacibdir? - “Vaxta qənaət və..”

Tekstil sənayesi əsrlər boyu demək olar ki, dəyişməz qalıb. Lakin davamlılıq və rəqəmsallaşma istehsalda yeni irəliləyişlərə təkan verdikcə, bəzi şirkətlər ətraf mühitə təsirləri azaltmaq və parça istehsalını mümkün qədər səmərəli etmək üçün rəqabət aparmağa başlayıblar. Məsələn, “ColorDigital GmbH” ilə əməkdaşlıq edən Portuqaliya tekstil qrupu “Impetus”un kişilər üçün alt paltarı istehsalı ilə bağlı məlumatlarına görə, tullantıları 100 faiz, CO2 emissiyalarını 99 faiz və hətta resursların tükənməsini 100 faiz azaltmaq olar.

 

Sfera.az “Fashion United”ə istinadən bildirir ki, rəqəmsal iş prosesi brendlərə və onların təchizatçılarına rəng, 3D texnologiyası və əsas məlumatlardan istifadə edərək tekstil dizaynı, məhsulun inkişafı və istehsalının bütün sahələrində əməkdaşlıq etməyə imkan verir. “Tam rəqəmsal işə keçid bizə sürətli dəyişikliklər etməyə kömək edir. Lakin əvvəllər bu nəzarət və dəyişikliklər bizdən sadəcə sınaqdan keçirmək üçün toxuculuq, boyama və tikiş kimi vaxt tələb edən proseslərlə yeni nümunələr yaratmağı tələb edirdi. İndi isə geyimlər prototip olmaq əvəzinə, 3D formasında vizuallaşdırılır. Bu, o qədər keyfiyyətlidir ki, hətta biz əşya və kolleksiyaları birbaşa müştərilərə təqdim edə bilərik”, - deyə  “Impetus Group”un qrafik dizayneri Nuno Susa deyib.

 

“ColorDigital”ın həmtəsisçisi Qerd Vilşüts isə fikirlərini bu cür ifadə edib: “”İmpetus” tərəfindən məlumatlarla dəstəklənən bu araşdırma interaktiv rəqəmsal platforma iş prosesinin səmərəliliyini artırmaqla yanaşı, onların ətraf mühitə təsirini azaltmağa imkan verir. Bu baxımdan biz “Impetus Group” ilə tərəfdaşlığımızı davam etdirməkdən məmnunuq. Onlar əlavə iş prosesini rəqəmsallaşdırıraq iddialı davamlılıq məqsədlərinə çata bilirlər”.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...