Bir-birindən fərqli cütlük münasibətləri necə qoruya bilər? - Psixoloq yol göstərdi

Bir-birindən fərqli cütlük münasibətləri necə qoruya bilər? - Psixoloq yol göstərdi

Cütlüklər ayrılanda və ya boşananda əsas səbəblərdən biri kimi xarakter uyğunsuzluğu göstərilir. Adətən çox fərqli insanlar ailə qurduqda onların nikahı pozulur. 


Sfera.az bildirir ki, psixoloqlar fərqli xüsusiyyətə sahib olan insanların da birgəliklərini qorumağın mümkün olduğunu bildirir.  


Rusiyada ailə psixoloqu, psixoterapevt Alina Adler “RBC Life” üçün yazdığı məqaləsində bu problemli məsələyə toxunub. Alina Adler bu mövzu ilə bağlı məqaləsində qeyd edib ki, yeni nikaha girən cütlük, iki fərqli xüsusiyyələri ilə bir-birinə uyğunlaşma mərhələlərindən keçir. 


Psixoloq deyib ki, onlar yalnız bir-biri ilə münaqişə etdikdə fərqləri anlayırlar: “Cütlüklərdən biri üçün sağlamlıq (gündəlik rejim, düzgün qidalanma, erkən təlim) əsas dəyərdir. Digəri üçün azadlıq, sərbəstlik (yemək seçimində, yuxu rejimi, istirahət yollarında) əsasdır. Bir başqası böyük bir ailə (valideynləri, qardaşları, bibiləri və dayılarının ailələri ilə birlikdə) ilə yaşamağa üstünlük verir. Bir digəri isə ayrı, öz ailəsi, tənhalığı və müstəqilliyə önəm verir”.


A.Adler fərqliliklərin çox olduğunu söyləyir. Onun sözlərinə görə cütlüklərin fərqli xüsusiyyətləri, dəyərləri əsas götürərək mübahisə etməsi əslində tərəfdaşlığın sınağıdır:

 

“Belə bir toqquşma münasibətlərin bütün aspektlərinə, eləcə də ailədən kənar həyata təsir göstərir. Çox vaxt uzun sürən böhrana və münaqişələrə çevrilir. Belə dövrlərdə irəliləmək mümkünsüz görünür. 


Çətinliklər və mübahisələrə baxmayaraq, əlbəttə ki, bunun müsbət cəhətləri də var. Bu halda həyat yoldaşları bir-birinin fərqli cəhətlərini görür, anlayır”. 

 

Psixoloq deyir ki, əgər kəskin fərqlər, eyni zamanda zərərli cəhətlər yoxdursa, həyat yoldaşınızın fərqlərinizi qəbul etmək olar.

 

O bunu əyilmək, özünüzə qarşı olmaq, özünü qurban vermək və ya dözmək kimi bir şey olmadığı bildirib:

 

“Əgər tərəflər rifah istəyirsə, o zaman həyat yoldaşları bir-birinə güzəşt etməyi bacarmalıdır. Bu hal insanın özünə qarşı zorakılığı deyil. Fərqlərə, əsəbi mühitə baxmayaraq, birlikdə olmaq, qarşılıqlı anlaşma yaratmağa doğru irəliləmək mümkündür. 


Düzdür, fərqli xüsusiyyətləri, vərdişləri qəbul etmək çətin bir prosesdir. Amma məsləhətləşməklə, müzakirə etməklə, illüziyadan əl çəkməklə ər və arvad bir-birinə yaxınlaşa bilər. Əsas odur ki, cütlüklər bir-birinə nə dərəcədə lazım olduğuna qərar verməlidir. Əgər bir insan sənin üçün vacibdirsə, onu sevirsənsə, o halda digər çətinliklərin də öhdəsindən gəlmək olar”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...