Məşhur maskanın real üzü - Tarixdəki ən böyük sui-qəsd cəhdinin və barıt planının memarı

Məşhur maskanın real üzü - Tarixdəki ən böyük sui-qəsd cəhdinin və barıt planının memarı

13 aprel 1570-ci ildə İngiltərənin York şəhərində anadan olan Guy Fawkes (Qay Foks) Britaniya tarixinin ən böyük “xaini” elan ediləcəkdi.
 

Sfera.az sizə bu məşhur maskanın hekayəsini təqdim edir.
 

İspan ordusunun Hollandiya kontingentinə qatılan 23 yaşında katolik bir əsgər olan Qay Foks, çox müvəffəqiyyətli bir əsgər olaraq 1604-cü ildə İngiltərəyə qayıtdı.
İngiltərəyə qayıtdıqdan sonra Foks Robert Catesby və digər sui-qəsdçilərlə görüşdü və dostları ilə birlikdə "Powder Conspiracy" da fəal iştirak etməyi qarşısına vəzifə qoydu.
 

12 sui-qəsdçinin iştirakı ilə Kral I Ceymsə və digər aristokrat qruplara qarşı üsyan olan “Barıt” sui-qəsdi baş verdi.
Barıt planının məqsədi Britaniya parlamentinin binasını partlatmaq olub.
 

İngiltərə 1532-1536-cı illər arasında kilsəni krala bağladıqdan və ruhanilərin hakimiyyətə təsiri azaldıqdan sonra bu yeni islahatdan narazı qalan Foks və dostları, Katolik Kilsəsinin hakim olduğu bir idarə üçün hərəkətə keçdi.

 

Təbii ki, bunun üçün indiki administrasiyanı dağıtmalı, hər şeyi sıfırdan düzəltməli idilər.
 

Qay Foks bu gün azadlıq və demokratiya uğrunda mübarizə aparan qəhrəman kimi tanınsa da, əslində o, Britaniya parlamentini partlatmaq və katolik kilsəsinin hakim olduğu hökumət yaratmaq istəyirdi. Yəni bu gün V for Vendetta konsepsiyası ilə heç bir əlaqəsi yoxdur.
Katolik kilsəsini idarə etmək istəyən Foks və dostları 1605-ci il noyabrın 5-də hərəkətə keçdilər.
 

Barut çəlləkləri ilə tutulan Foks hadisəni birbaşa özü planlaşdırmasa da, yanvarın 31-də vətənə xəyanətə görə dərhal həbs olunub, edam edildi.
 

Qay Foksun hekayəsi burada bitsə də, Fawkes ilə çox eyniləşdirilən V for Vendetta-nın niyə azadlıq uğrunda mübarizə aparan bir insan kimi təqdim edildiyinə gələk.
 

2020-ci illərdə faşist idarəçiliyi olan İngiltərəyə qarşı azadlıq uğrunda mübarizə aparan V və Foksun tamamilə fərqli ideologiyaları olub.
Foks və V-nin yeganə ortaq cəhəti onların hökumətə qarşı hərəkətləridir.
 

Bu, 2005-ci ildə nümayiş etdirilən V for Vendetta filmindən sonra bütün dünyada məşhurlaşan V maskası və ona ilham verən Qay Foksun hekayəsidir...
Bu gün İngiltərədə hər il noyabrın 5-nə keçən gecə Guy Fawkes (Qay Foks) günü kimi qeyd olunur.
 

Böyük şənliklərlə qeyd olunan bu gecədə küçələrdə böyük çəlləklər yandırılaraq yuvarlanır, Qay Foksun ölümünü qeyd etmək üçün atəşfəşanlıqlar atılır.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...

Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.   Sfera.az Fransa prezident administrasiyasını...

Qadın təsadüfən 17-ci əsrə aid meyxananı dağıtdı

İngiltərədə bir qadın avtomobillə meyxananın (hal-hazırda pab olaraq fəaliyyət göstərir) yerləşdiyi tarixi binaya çırpılıb. O, müəssisə sahiblərinə 53 min funt ...