Logo

Andres Reisinger - sürrealizm və virtual reallıq

Andres Reisinger - sürrealizm və virtual reallıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Andres Reisinger multidissiplinar rəssam, sənaye və interyer dizayneri və 3D qrafika üzrə mütəxəssisdir. Onun işi virtual dünyanın və virtuallığın taleyimizə necə köklü təsir göstərdiyini ifadə etməkdir. Demək olar ki, bu layihənin dünya üzrə ən parlaq nümunəsidir.

Sfera.az bildirir ki, Andres Reisinger 1990-cı ildə Buenos-Ayresdə anadan olub. Bir neçə ildir yaşadığı Argentinadan Barselonaya köçüb. O, parlaq karyerasına 3D fantaziyaları ilə başlayıb. Əsərlərinin üzərində bütöv bir sürreal kainat qurulub. Risinger ümumiyyətlə virtualdan reallığa və geriyə asanlıqla keçməyə meyllidir.

Andres Reisinger öz foto işləri haqqında deyir:

“Mən dizayn işinə çox erkən, universitetə ​​getməmişdən əvvəl başlamışam. Demək olar ki, mənim ifadəli dilim yeniyetməlik dövründə formalaşıb. Kompüterdə çox şey çəkirdim, amma bəzən hətta mətn redaktəsi belə təcəssüm etdirmək istədiyim şəkli ətraflı təsvir etmək üçün kifayət edirdi. Hələ 3D texnologiyası və virtuallığın imkanları ilə tanış olmayana qədər məkan dizaynı ilə məşğul olmuşam. Bu alətləri isə mənimsəyəndə anladım ki, indiyə qədər görünməmiş nəticələr əldə etmək mümkündür”.

Andres Reisingerin işləri reklam aləmində dərhal diqqət çəkib və böyük şirkətlər çəkilişlər üçün reklam çarxları, interyerlər sifariş etməyə başlayıblar. Onun zərif təxəyyülü, poetik kompozisiyaları, əsərin aktual məsələləri və incə ifası əsərlərini trendə çevirib. Birlikdə çətinlik çəkmədən İnstaqramı “partladıblar”.

2018-ci ildən Reisinger artıq öz “Reisinger” Studiyasında müstəqil işləməyə başlayıb. 30 yaşında Reisinger Franklin Till Studio, Cassina, Space10, Ikea-da çalışıb. Layihələri Nike, Samsung, Massimo Dutti, Rimowa, Uniqlo tərəfindən cəlb olunub.

2017-ci ildə studiyasının Ferragamo ilə birgə layihəsi üçün Mezzanotte Sarayında video instalyasiyaların dizaynına və Cassina üçün video heykəltəraşlıq üçün dizayna dəvət edilib. O, “Laufen” şirkəti və onun Sonar santexnika kolleksiyası üçün kataloq da hazırlayıb.

İndi isə Andres Reisinger beş şəhərdə binalar üçün sürreal qurğular yaradır.

Tokiodakı şişkin (puf) fasadlardan Nyu Yorkdakı şişkin qapılara qədər hamısı onun layihəsinə daxildir.

Sfera.az fotoları təqdim edir:

Aynil

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR