Tarixi qanlı hücumlarla dolu olan İbadət Evi - Neve Şalom sinaqoqu

Tarixi qanlı hücumlarla dolu olan İbadət Evi - Neve Şalom sinaqoqu

6 sentyabr 1986-cı ildə Neve Şalom sinaqoquna avtomat silahlar və bombalarla dəhşətli hücum təşkil edilib. Şənbə namazı üçün sinaqoqda toplaşan 22 Türkiyə vətəndaşı hücumda həyatını itirib. Daha sonralar da bombalı hücumlara məruz qalan Neve Şalom Sinaqoqunun tarixində bu hücum heç vaxt unudulmayıb.

Sfera.az sizə 22 nəfərin həyatını itirdiyi Neve Şalom sinaqoquna edilən hücum haqqında məlumat təqdim edir.


6 sentyabr 1986…

Açıklama yok.
Uzun fasilədən sonra bərpa edilmiş və yenidən ibadət üçün açılan Neve Şalom sinaqoqunda bu ilk Şənbə namazında həmişəkindən daha az izdiham var idi. Hələ məktəblər açılmadığından bir çox ailə bağ evlərindən İstanbula qayıtmamışdı. Xoşbəxtlikdən bu, terrorçuların planlaşdırdıqları qədər böyük bir hücumun qarşısını alıb. Dini vəzifələrini yerinə yetirmək üçün sinaqoqun qapısından sonuncu dəfə girən 22 nəfərin həyatı, ailələrinin ümidini isə oğurladılar.


"Sülh vahəsi"

Açıklama yok.
Qalata bölgəsində artan əhalinin ehtiyaclarını ödəmək üçün 1940-cı illərdə Yəhudi Liseyinin idman salonu ləğv edilərək ibadət yerinə çevrilən müvəqqəti yer, Neve Şalom sinaqoqunun da təməlini təşkil edib. Sonrakı illərdə təsis ediləcək olan 1951-ci ildə istifadəyə verilən müasir sinaqoq üçün seçilən adın mənası “sülh oazisi” idi. Lakin bu illər ərzində adının əksinə olaraq bir çox terror aktlarının əsas hədəfi olub.
Bu hamı üçün açıq bir ibadət yeri idi.



Neve Şalom - hamı üçün açıq bir ibadət yeri idi.


1986-cı il hücumuna qədər Türkiyədə hər hansı məscid və ya kilsə kimi ziyarət edilə bilən və qapısı hər kəsə açıq olan sinaqoq, hər terror hücumundan sonra daha təhlükəsiz hala gətirilmişdi; şüşə üzərində şüşə, polad üzərində polad, qapıda qapı. Sinaqoqların və digər qurumların xarici görünüşü gücləndikcə, Türk yəhudi icması daha küskün, daha kövrək və daha da geri çəkildi.


6 sentyabr 1986-cı il şənbə günü saat 09:17-də xarici mənşəli terrorçular Neve Şalom sinaqoqunda şənbə namazı qılanlara bomba və pulemyotlarla hücum etdilər. İyirmi iki nəfərin həyatını itirdiyi bu qeyri-insani hadisədə terrorçular da əllərində partlayan bombalarla öldürüldü.


Hücumda həyatını itirənlər 10 sentyabr 1986-cı il çərşənbə günü Neve Şalomda təşkil edilən dəfn mərasimindən sonra Ulus Aşkenazi qəbiristanlığının xüsusi bölməsində dəfn edildi.


Sinaqoq qısa müddətdə təmir edilərək 20 may 1987-ci il çərşənbə günü dövlət ağsaqqallarının iştirak etdiyi izdihamlı mərasimlə yenidən ibadət üçün açılıb. Ehalın yuxarı sol küncündə mərmər üzərində tapılan güllə və bomba izləri o ağrılı gün unudulmaması üçün təmir edilməyib, toxunulmaz qalıb.

İllər sonra 15 noyabr 2003-cü il tarixindən etibarən namaz vaxtları şənbə günü və yenə xain hücum üçün seçilir. İstanbulda terrorçular bu dəfə bomba yüklü yük maşınları ilə kamikadze hücumları təşkil edir.


İlk hücum saat 9.14-də Neve Şalom sinaqoquna edilib.


1986-cı il qırğınından sonra alınan təhlükəsizlik tədbirləri sayəsində sinaqoqların içərisinə çox da ziyan dəyməyib. Amma ətrafdakı binalara böyük ziyan vurulub, ətrafda olan icma üzvlərindən və mağaza sahiblərindən 18 nəfər həyatını itirib, çoxlu sayda yaralılar olub.


Partlayış yerində diametri üç metr və dərinliyi iki metr olan çuxur əmələ gəlib.

Araşdırmalar nəticəsində hücumları “Əl-Qaidə”nin türk strukturunun həyata keçirdiyi müəyyən edilib. 2004-cü ilin fevral ayında 69 müttəhimlə başlayan və proses boyu edilən əlavələrlə 76 müttəhimə çatan iş, 2007-ci ilin aprel ayında 7-si ömürlük həbs olmaqla 48 müttəhimin müxtəlif səviyyələrdə həbs cəzası alması ilə nəticələnib. Ali Məhkəmənin bəzi təqsirləndirilən şəxslərlə bağlı iş üzrə çıxardığı qərarları ləğv etdiyinə görə, yenidən məhkəmə baxışından sonra 16 təqsirləndirilən şəxsə müxtəlif səviyyələrdə həbs cəzası verilib. Hücumlarla əlaqəli olduğu təsbit edilən iki ayrı işdə bir şübhəli ömürlük həbsə məhkum edilib. Hücumlardan əvvəl və ya sonra İraqa qaçan təşkilatın türk yüksək səviyyəli rəhbərləri və üzvlərinin bəziləri orada dünyasını dəyişib, bəziləri isə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və ya Türkiyəyə təhvil verilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR