Yaranması və prinsipləri ilə dünyanın ən maraqlı cərəyanlarından birinə çevrilən -Sayentologiya

Yaranması və prinsipləri ilə dünyanın ən maraqlı cərəyanlarından birinə çevrilən -Sayentologiya

Onun şərtlərinin və prinsiplərinin bu qədər sərt ola biləcəyini heç kimin ağlına gəlməz…
 

Hamımız bilirik ki, illərdir və bu günün özündə də davam edən bir çox inanclar var.
 

Dünyaca məşhur adların dəstəklədiyi Scientology ən maraqlıları arasındadır.


Sfera.az bu yazıda sizə Sayentologiya cərəyanı haqqında qısa məlumatlar təqdim edir.
 

İnanca görə, 175 milyon il əvvəl yaşamış Xenu adlı liderin Yerə göndərdiyi digər canlılar Havay adalarında vulkana atılıb.

Açıklama yok.

Buradakı varlıqların iztirabları isə insanlara sıxıntı və ağrı kimi geri qayıdırdı. İnsanları sıxıntıya saldığı düşünülən inanca görə xoşbəxtliyimiz bu ruhların təzyiqindən qurtulduğumuz zaman gerçəkləşəcək.

 

Üzvlərin psixi sağlamlıq üçün istifadə edilən dərmanları rədd etməsi bu inancdan irəli gəlir.


Ginnesin “Rekordlar Kitabı”na düşən ən çox romanı olan fantastika yazıçısı L. Ron Hubbard tərəfindən qurulan və inkişaf etdirilən bu təriqət əvvəlcə fəlsəfi bir cərəyan olaraq ortaya çıxsa da, sonradan dini inanca çevrildi.


Sayentologiya kilsəsinə üzv olmaq üçün ilk növbədə cinsi həyatla bağlı sirlər qeydə alınır.


Kilsəni tərk etmək qərarı qəbul edildikdə, şəxs məlumatları başqaları ilə bölüşməyə razı olmalıdır.
Scientology Kilsəsi bir çox inancda göründüyü kimi başlanğıcda bir çox mübahisələrə səbəb olub.


1977-ci ildə FBİ Los Anceles, Hollivud və Vaşinqton olmaq üzərə üç Sayentologiya kilsəsinə eyni anda basqın etdi.


İddiaya görə, kilsə üzvlərindən biri, Tom Kruzun keçmiş həyat yoldaşı Nikol Kidmanın evlilik müddəti zamanı bütün telefon danışıqlarl dinlənilib.


Con Travolta, Kirsti Alley və Elizabeth Mossun üzv olduğu kilsənin büdcəsi 2017-ci ildə 1,5 trilyon dollar idi. Əgər kilsəni tərk etsəniz, hələ də üzv olan ailə üzvləriniz və dostlarınızla əlaqəniz kəsilirdi.


On il əvvəl Sayentologiya kilsəsi Hollivudun Los Felizdəki tarixi KCET lotunu satın aldı və onun adını “Scientology Media Productions” adlandırdı.
 

Müasir kilsə binasının içərisində mavi kostyumda görünən təriqət lideri David Miscavige televiziyada "Sayentologiyanın nə olduğunu və Sayentologiyanın nə edə biləcəyini sizə göstərəcəyini" vəd edərək əlavə etdi:

"Biz sizə təbliğ etmək, sizi inandırmaq üçün burada deyilik. Sizi dəyişdirmək üçün... Xeyr. Biz sadəcə bunu sizə göstərmək istəyirik."

 

Bununla belə, “The Hollywood Reporter”da dərc olunan təhlilin mənbələri bunu "insanları öz inanc sisteminə cəlb etmək məhz onların məqsədidir" kimi təsvir edirdi.


“Los Angeles Times”a görə, “Scientology Media Productions” əsas “Scientology International” kilsəsindən, yəni Sunset Bulvarından cəmi beş məhəllə kənarda yerləşir. Mülk 2011-ci ilin aprelində kilsəyə 45 milyon dollara satılıb.


Binada üç səs səhnəsi, post istehsal alətləri (20 Avid redaktə otağı və 21 VFX stansiyası ilə), idarəetmə otaqları, musiqi studiyaları, miksinq otaqları, incəsənət şöbələri, radio kabinələri, canlı tədbirlər mərkəzi var.


Hollivud elmi fantastikası ilə mesaj

Açıklama yok.


Məhz bu səbəbdən təriqət dünyada ictimai əlaqələri ən yaxşı şəkildə həyata keçirən dini məzhəb birliklərindən biri hesab olunur. Xüsusilə də Tom Kruzu baş rolda tez-tez gördüyümüz yeni nəsil elmi-fantastik filmlərdə inanclarını şüuraltı şəkildə verdiyi bilinir.
 

Sayentologiya inanclar və təcrübələr toplusu və amerikalı müəllif L. Ron Hubbard tərəfindən icad edilmiş əlaqəli hərəkat kimi müəyyən edilir.
 

Hubbard 1952-ci ildə “Dianetics: The Modern Science of Psichy Health” kitabının hüquqlarını itirdikdən sonra adını “Scientology” olaraq dəyişdirib.
 

Nəyə inanırlar və nəyi inkar edirlər?

Açıklama yok.
 

Sayentologiya izləyiciləri insanın fiziki bədəndə yaşayan ölməz, ruhani varlıq (Tetan) olduğuna inanırlar.
 

Onların fikrincə, Tetan Yerə gəlməmişdən əvvəl çoxsaylı keçmiş həyatı olub və yad mədəniyyətlərdə yaşayıb.
 

Gizli Sayentologiya mətnlərində deyilir ki, bu, 70 milyon il əvvəl milyardlarla yadplanetliləri Yerə gətirən və sonra onları termonüvə silahları ilə öldürən planet konfederasiyasının hökmdarıdır.
 

ABŞ “din”, Fransanı “təhlükəli kult” hesab edir
 

Siyasətçilər, akademiklər, hüquqşünaslar və ekspertlər tərəfindən bəzən həm təhlükəli kult, həm də manipulyasiya yolu ilə qazanc formalaşması kimi xarakterizə edilən sayentologiya müxtəlif hüquqi proseslərdən sonra Avstraliya, İtaliya və ABŞ-da qanuni olaraq dini qurum adını qazanmışdır.
 

Almaniya Sayentologiya quruluşunu "qeyri-konstitusiya təriqəti" kimi təsnif edir, Fransa isə rəsmi olaraq onu təhlükəli bir kult hesab edir.
 

Psixiatriya elminə qarşı bir elm iddiası
 

Hubbardın nəzəriyyələri 1950-ci illərin əvvəllərində psixiatriya tərəfindən rədd edildi.
 

Hubbard, psixiatriyanın ona müxtəlif dövrlərdə siyasi təzyiq vasitəsi kimi təqdim edildiyini və psixiatriyanın Hitleri alovlandıran və nasistləri kütləvi qatillərə çevirən ideologiyanı ifşa etdiyini müdafiə edirdi.
 

Onun sözlərinə görə, dünyada baş verən bir çox səhvlərə görə psixiatrlar məsuliyyət daşıyır və hətta “Soyqırım onların günahıdır”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...