Şahzadə Diana və ailəsinin nadir fotoları hərraca çıxarılacaq - FOTO

Şahzadə Diana və ailəsinin nadir fotoları hərraca çıxarılacaq - FOTO

Şahzadə Diana və ailəsinin nadir fotoşəkilləri Kembricşirdəki “Willingham” Hərracında satılacaq. Hərrac saytına görə, heç bir təklif məhdudiyyəti olmayacaq, buna görə də şəkillərin on minlərlə funt sterlinqə gəlməsi gözlənilir. Bu, əsl eksklüzivdir.


Sfera.az bildirir ki, əvvəllər Şahzadə Diana, Şahzadə Çarlz və balaca Şahzadə Uilyamın ailə dostunun ziyarəti zamanı özəl olaraq çəkildiyi üçün fotoları heç vaxt dərc edilməyib.


Hərrac martın 4-də baş tutacaq, neqativlərlə birlikdə 22 şəkil hərraca çıxarılacaq.
 

Kral ailəsinin şəxsi fotoşəkilləri arasında gənc şahzadə Diananın Şahzadə Uilyamı dünyaya gətirdikdən aylar sonra olan fotoşəkilləri var. Şəkillərdən birində o, yaşıl rezin çəkmələr geyinmiş, Çarlz anasının yanında poza verib.

Açıklama yok.

Gözəl kadrlardan birində Diananın Balmoralın heyrətamiz mənzərəsi fonunda kamera tutaraq poza verdiyini görmək olar.

 

Yaşıl paltarda və fotoqrafiyaya həvəs göstərməsində bir çoxları gəlini Keyt Middletonu Şahzadə Dianaya bənzədib. Diana da Keyt Middleton kimi Balmoralın görüntülərini çəkir. Kral yazıçısı Cathy Nicholl (Keti Nikol) hətta iddia edir ki, mərhum Kraliça bir dəfə Keytin bu hobbiyə nə qədər həvəsli olduğunu bildiyi üçün, ilk görüşlərində kamerasını götürüb Balmoralın və ətrafındakı dramatik mənzərənin şəklini çəkməsinə icazə verib.
 

Açıklama yok.

Cathy özünün “Keyt: Gələcək Kraliça” kitabında yazır: “O vaxta qədər Kraliça Keytlə Piter və Fillipsin toyunda yalnız qısa müddət ərzində görüşmüşdü, lakin Balmoralda şəkil çəkdirməyə icazə verərək onun özünü rahat hiss etməsi üçün əlindən gələni etdi...".
 

Hərraca çıxarılan fotoşəkillər iqamətgahda kral ailəsinin yaxın dostu Lord Con Kinqin ziyarəti zamanı çəkilib. O, 2005-ci ildə 86 yaşında dünyasını dəyişib. Con məktəbi atsa da, gələcəkdə “British Airways”i idarə edən uğurlu iş adamı olub. Kral ailəsi ilə təsadüfən -ov sevgisi əsasında tanış olublar. 1979-cu ildə kraliça Cona cəngavər rütbəsi verib.


Hərracçı Stiven Dreyk foto kolleksiyanın bütün dünya kolleksiyaçıları arasında böyük maraq doğuracağına əmin olduğunu bildirib.

Açıklama yok.

"Diananın bir çox fotoşəkilləri çəkilib, lakin bu şəkillər çox şəxsidir. Bu fotoşəkillər kolleksiyası unikaldır, siz heç vaxt belə fotoşəkillər toplusunu görə bilməzsiniz. Çarlzın Uilyam əlində olan fotoşəkili çox təsirlidir, digər fotoşəkillərdə isə onlar adi xoşbəxt bir ailə kimi görünür" - deyə o bildirib.
 

Xatırladaq ki, daha əvvəl hərracda şahzadə Diananın dostlarına ünvanlanmış şəxsi məktubları 170 min dollara alınıb. Ledi Di şahzadə Çarlzdan boşanması haqqında yazıb və onun telefonunun dinlənilməsindən ehtiyat etdiyini bildirib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...

Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.   Sfera.az Fransa prezident administrasiyasını...

Qadın təsadüfən 17-ci əsrə aid meyxananı dağıtdı

İngiltərədə bir qadın avtomobillə meyxananın (hal-hazırda pab olaraq fəaliyyət göstərir) yerləşdiyi tarixi binaya çırpılıb. O, müəssisə sahiblərinə 53 min funt ...