Sahildən tapılan “Qodzilla yumurtası”ndan xəbər var - FOTO

Sahildən tapılan “Qodzilla yumurtası”ndan xəbər var - FOTO

Yaponiyanın Hamamatsu şəhərində, sahildə peyda olan nəhəng kürə şəklindəki yad cisim artıq ərazidən götürülüb. 
 

Sfera.az BBC.com-a istinadən bildirir ki, cisimlə bağlı bir çox fərziyyələr dolaşır. 

 

Səlahiyyətlilər onun "müəyyən müddət" saxlanılacağını, sonra isə "utilizasiya ediləcəyini" açıqlayıblar. 

 

Ancaq yerli sakinlər Yaponiya rəsmilərinin ortaya çıxıb bu cismin nə olduğunu aydın şəkildə açıqlamamalarından narahatdır. Kimi onu “Qodzilla yumurtası” adlandırır, kimi də “kosmos”dan gəldiyini iddia edir. 

 

Qeyd edək ki, yad cisim həftənin əvvəlində üzə çıxıb. Yoxlanış üçün əraziyə polis və hətta bomba zərərsizləşdirmə qrupu göndərilib. Səlahiyyətlilər ərazini mühasirəyə alıb və rentgen müayinələri aparıblar. Nəticədə cismin təhlükəsiz olduğu müəyyən edilib. 

 

"Düşünürəm ki, Hamamatsu şəhərində hamı narahat idi və bunun nə ilə bağlı olduğu ilə maraqlanırdı, iş qapandığı üçün rahatladım", deyə yerli rəsmi Yapon mediasına deyib.

 

"Okeanla əhatə olunmuş bir ölkənin rəsmilərinin yanalma şamandırasını tanımadığına inana bilmirəm" deyə bəzi vətəndaşlar özlərinin sosial media hesablarında yazıblar. 

 

“Bu, polad yanalma şamandırasıdır. Mən yapon olmaqdan utanıram”, şərhlərdən birində qeyd edilib. 

 

Ekspertlər də cismin yanalma şamandırası olduğu qənaətindədirlər. Ancaq onlar etiraf edirlər ki, geosiyasi hadisələrin gərginliyini və qonşulardan gələn təhdidləri nəzərə alsaq, Yaponiyada spekulyasiyaların yayılması başa düşüləndir.

Lalə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR